Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriıb.
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriıb. Tədbirin məqsədi Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm yer tutan bu əlamətdar günün ictimai-siyasi əhəmiyyətini gənc nəsillərə çatdırmaqdan ibarət olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov çıxış edərək bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın Respublikasının müstəqillik tarixində oldüqca əhəmiyyəgli ydr tutur. Ulu Öndərin xilaskarlıq missiyası təkcə siyasi arenada deyil, eyni zamanda başqa sahələrdə də o cümlədən elm və sosial sahələrdə də dərin izlər buraxıb.
Sonra fakültələrin kafedralarının rəhbərləri və müəllimləri çıxış etdilər. Geodeziya və kartoqrafiya kafedrasının müdiri Əfqan Talıbov, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov, Fiziki coğrafiya kafedrasının müdiri Ramiz Əhlimanov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri Saleh Nağıyev, Hidrometeorologiya kafedrasının müdiri İradə Əliyeva və sonda Fiziki coğrafiya kafedrasının dosenti Şəkər Məmmədova tədbir iştirakçılarına dəyərli fikirlərini çatdırdılar.
Çıxışlarda 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının ölkənin coğrafi, iqtisadi və sosial inkişafı üçün yaratdığı sabit və əlverişli mühit vurğulanıb. Eyni zamanda, coğrafiya elminin inkişafında Heydər Əliyev irsinin rolu, onun təhsil və elm sahələrinə göstərdiyi dəstək xüsusi qeyd olunub.