Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinin anım gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən ağır və unudulmaz səhifələrdən biri olduğunu vurğulayıb. Dekan qeyd edib ki, Xocalıda baş verən hadisələr yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir. O, faciənin dünya ictimaiyyətinə çatdırılmasının və gələcək nəsillərin tarixi həqiqətləri bilməsinin əhəmiyyətini qeyd edib, xüsusilə gənclərin milli yaddaşa sahib çıxmasının vacibliyini önə çəkib.
Tədbirin bədii hissəsində tələbələr Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər və videoçarx vasitəsilə faciənin acı həqiqətləri nümayiş etdirilib.
Anım proqramı tələbələrin ifasında “Sarı gəlin” musiqisinin səsləndirilməsi ilə yekunlaşıb. Tədbir iştirakçılarda dərin emosional iz buraxıb.