Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Təbii Fəlakətlər: Tanı, anla, qarşısını al” adlı diskussiya keçirilib
22 Aprel 2026 16:53

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi rəhbərliyi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Təbii Fəlakətlər: Tanı, anla, qarşısını al” adlı diskussiya keçirilib.
Diskussiyanın əsas məqsədi tələbələrin təbii fəlakətlər haqqında məlumatlılığını artırmaq, bu hadisələrin yaranma səbəblərini izah etmək və onların qarşısının alınması istiqamətində maarifləndirici müzakirələr aparmaq olub. Tədbir çərçivəsində iştirakçılar zəlzələ, sel, torpaq sürüşməsi və digər təbii proseslərin təsir mexanizmləri barədə fikir mübadiləsi apararaq mövzuya həm elmi, həm də praktik yanaşma sərgiləyiblər.
Müzakirələr zamanı tələbələrin aktiv iştirakı, sual-cavab formatında gedən dialoqlar və real nümunələr üzərindən aparılan analizlər tədbirin dinamik və interaktiv keçməsinə şərait yaradıb.
Diskussiyanın sonunda iştirakçılar arasında əyləncəli sorğu təşkil olunub. Bu mərhələ həm öyrənilən biliklərin möhkəmləndirilməsinə, həm də tədbirə daha səmimi və enerjili atmosfer qatılmasına xidmət edib.
Son XƏBƏRLƏR
16.05.2026 | 16:59