Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professor-müəllim heyətinin ümumi iclası keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professor-müəllim heyətinin ümumi iclası keçirilib
2026/2027-ci tədris ilində Coğrafiya fakültəsində professor-müəllim heyətinin tədris prosesinin təşkili, elmi və ictimai-siyasi fəaliyyət istiqamətlərinə həsr olunmuş ümumi iclası keçirilib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov çıxış edərək fakültənin fəaliyyətində baş vermiş yeniliklər, tədrisdə, elmi və ictimai-siyasi həyatında mövcud vəziyyət, qarşıda duran vəzifələr və inkişaf istiqamətləri barədə məlumat verib.
Tədris işləri üzrə dekan müavini Eltac Cəbiyev cari tədris ilində dərs prosesinin təşkili və gedişatı, tələbələrin dərslərdə davamiyyəti və tədrisdə nizam-intizam ilə bağlı məsələləri diqqətə çatdırılıb.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov fakültənin sosial və ictimai fəaliyyəti barədə məlumat verib. Tələbələrin ictimai fəallığının artırılması, müxtəlif sosial və maarifləndirici tədbirlərə cəlb olunması, tələbələrlə işin daha səmərəli təşkili istiqamətində görülən işlərdən bəhs edib.
İclas zamanı fakültənin qeyd edilən bütün istiqamətlərdə fəaliyyətinin daha da təkmilləşdirilməsi, tədris və elmi işlərin keyfiyyətinin yüksəldilməsi, tələbələrin akademik və ictimai fəallığının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib.