Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi TGT-nin təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrin dünyagörüşünün artırılması və mədəni-tarixi irsimizlə daha yaxından tanış olmaları məqsədilə Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı tələbələr muzeydə nümayiş olunan dünyanın müxtəlif ölkələrində nəşr olunmuş miniatür kitab nümunələri ilə tanış olub, onların hazırlanma texnikası və tarixi barədə ətraflı məlumat alıblar. Qeyd edilib ki, Miniatür Kitab Muzeyi nadir kolleksiyası ilə seçilir və burada müxtəlif mövzularda yüzlərlə kiçik ölçülü kitab qorunub saxlanılır.
Tələbələr nümayiş olunan eksponatlara böyük maraq göstərərək, miniatür kitabların hazırlanma xüsusiyyətləri və mədəni dəyəri barədə məlumat əldə ediblər.
Ekskursiya çərçivəsində muzeyin fəaliyyəti, kolleksiyanın formalaşması və miniatür kitabların dünya mədəniyyətindəki rolu barədə də ətraflı məlumat təqdim olunub.