Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Zəka Beşliyi” adlı intellektual yarış keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Zəka Beşliyi” adlı intellektual yarış keçirilib. Yarış tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
“Zəka Beşliyi” intellektual yarışı tələbələr arasında bilik və məntiq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də gənclər arasında intellektual mühitin təşviqi məqsədilə təşkil olunub. Yarış Xəmsə formatında keçirilmiş və iştirakçılar komandalar şəklində mübarizə aparıblar.
Tədbir zamanı komandalar müxtəlif mövzularda hazırlanmış sualları cavablandıraraq öz bilik və düşünmə bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı keçən yarış iştirakçılar arasında rəqabət və maraqla yadda qalıb.
Yarışın nəticələrinə əsasən “Tessera+1” komandası birinci yerə layiq görülüb və qalib komandaya sertifikat və medallar təqdim olunub.