Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Müəllimliyə ilk addım” adlı praktiki seminar uğurla keçirilib

Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Müəllimliyə ilk addım” adlı praktiki seminar uğurla keçirilib.
Seminarın əsas məqsədi tələbələrin müəllimlik peşəsinə ilkin adaptasiyasını təmin etmək, pedaqoji bacarıqlarını inkişaf etdirmək və gələcək fəaliyyətlərində qarşılaşa biləcəkləri situasiyalar barədə praktiki biliklər qazandırmaq olub.
Tədbirdə Coğrafiya fakültəsinin tələbəsi Rəhimaxanım Kərimova çıxış edərək müəllimlik təcrübəsi, auditoriya ilə düzgün ünsiyyət qurma yolları, dərsin effektiv təşkili və motivasiya üsulları barədə iştirakçılarla dəyərli fikirlərini bölüşüb. Onun çıxışı tələbələr tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələrlə müşayiət olunub.
Seminar çərçivəsində tələbələrin fəallığını artırmaq və öyrənmə prosesini daha maraqlı etmək məqsədilə Kahoot platforması üzərindən intellektual oyun təşkil olunub. İştirakçılar oyunda aktiv iştirak edərək biliklərini sınayıb və əyləncəli şəkildə yeni məlumatlar əldə ediblər.
Tədbirin sonunda tələbələr qruplara bölünərək müxtəlif mövzular üzrə qrup işi həyata keçiriblər. Bu mərhələdə iştirakçılar komandada işləmək, fikir mübadiləsi aparmaq və təqdimat bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.