“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda Respublika Elmi-Praktik Konfrans
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda Respublika Elmi-Praktik Konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı dosent Şəkər xanım Məmmədova iştirakçıları salamlayaraq ,Azərbaycanın erməni qəsbkarları tərəfindən işğal etdiyi torpaqlarımızı azad edən və bu yolda canlarından keçən , II Vətən Müharibəsində şəhid olanların xatirəsini 1 dəqiqəlik sükut ilə yad edildi.
Azərbaycan Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və xalqımız birliyi ilə II Vətən müharibəsində qazandığmız qələbənin, bu qələbənin Azərbaycan xalqı və dövləti üçün inkişafı üçün yaratdığı yeni perspektiv imkanlarnı qeyd edərək bu günkü konfransın əhəmiyyətindən danışdı..
Konfransın plenar iclasda professor F.Ə.İmanov, professor Ç.N.İsmayılov, professor. T.G.Həsənov, coğrafiya elmləri doktoru Z.N.Eminov, dosent, Ş.M.Pənahov, dosent, N.S.Bababəyli, dosent. A.S. Rüstəmov, Ə.A.Əsgərov və III kurs tələbəsi İmran Bayramov çıxış edərək İşğaldan azad olunmuş ərazilərin davamlı inkişafı, geoməkan təminatı, demoqrafik inkişaf yolları, hidrometeoroloji və ekoloji problemləri, iqtisadi-coğrafi hədəfləri və turizm-rekreasiya perspektivləri haqda çıxışlar etmişdilər. Konfrans öz işini bölmələr üzrə davam etmişdir.