Azərbaycan" intellektual yarışı keçirilib
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının bir qrup müəlliminin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Azərbaycan" intellektual yarışı keçirilib.
İntellektual yarış III kurs Cografiya müəllimliyi ixtisasında təhsil alan 709, 1176, 1178, 1180, 1182 qrupları arasında keçirilib. Yarışın əvvəlində açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Məqsəd Qocamanov tələbələrin intellektual yarışlarda iştirakının vacibliyinə diqqət çəkərək, bu tipli yarışların mütəmadi təşkil olunmasının önəmini vurğulayıb.
Daha sonra Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri c.e.n dosent Saleh Nağıyev yarışın təşkil edən müəllimlərə öz təşəkkürünü bildirərək hər bir komandaya uğurlar diləyib.
Yarışın gedişatında suallar, Coğrafiya fakültəsinin IV kurs tələbəsi İmran Bayramov tərəfindən səsləndirilib. Şəffaflığın təmin olunması məqsədi ilə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müəllimlərinin iştirakı ilə yaradılmış münsiflər heyəti və nəzarət qrupu yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.
Gərgin intellektual mübarizənin sonunda 709 qrupu 1-ci, 1178 qrupu 2-ci və 1182 qrupu 3-cü yeri qazanıb. Qalib komanda Fəxri fərmanla təltif olunub