’Aprel döyüşlərinin’’ il dönümü ilə bağlı Coğrafiya fakültəsinin bir qrup müəllim- tələbə heyyəti 2 Saylı Fəxri Xiyabanı ziyarət etdilər
2016-cı il Aprelin 1-də 2-nə keçən gecə bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulmuşdur. Cavab olaraq Azərbaycan ordusu düşməni susdurmuşdur və 2 min hektar ərazini azad etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərində iştirak edən hərbçilərlə görüşdə deyib: ‘’Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcəkdir.’’
Ona görə Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu. Bir neçə ildən sonra 44 günlük müharibə və antiterror əməliyyatı nəticəsində Azərbaycan ordusu işğal olunmuş bütün ərazilərimizi düşmən tapdağından azad etdilər.
‘’Aprel döyüşlərinin’’ il dönümü ilə bağlı Coğrafiya fakültəsinin bir qrup müəllim- tələbə heyyəti 2 Saylı Fəxri Xiyabanı ziyarət etdilər və döyüşlərdə həyatını qurban verən şəhid əsgərlərimizin məzarlarına gül əklilləri qoydular.