8 noyabr-Zəfər gününə həsr olunmuş "Xarıbülbül qoxulu Zəfər” adlı tədbir
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Həmkarlar ittifaqı Komitəsinin təşkilatçılığı ilə 8 noyabr-Zəfər gününə həsr olunmuş "Xarıbülbül qoxulu Zəfər” adlı tədbir keçirilib. Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Birinci Qarabağ müharibəsi, eləcə də İkinci Qarabağ- Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərimiz, onların qəhrəmanlığı haqqında məlumat verdi. Qeyd etdi ki, noyabrın 8-də
28 illik həsrətdən sonra Azərbaycan xalqının mədəniyyət mərkəzi, qürur mənbəyi Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi dünya hərb tarixinə bənzəri olmayan hərbi əməliyyat kimi daxil olmuşdur.
Daha sonra tədbir coğrafiya fakültəsinin I ci kurs tələbələrinin - Nərmin Əliyeva , Hüseyn Təhmanzadə və Güllü Mehdizadənin Vətən haqqında şeirlər söyləməsi ilə davam etdirilmişdir.
1-ci kurs tələbəsi Mahirə Tərlanova, 2-ci kurs tələbələri-Səkinə Hacıyeva, Aylin Məmmədli, Ayşə Nəbiyeva, Sona Nəsirova, Gülay Hüseynli, Ramal Kərimzadə, Nicat Ələkbərov və Varis Əhmədlinin hazırladıqları səhnəciklər təqdim edilmişdir. Aylin Məmmədli, Səma Xüdai, Zahid Əsədli, Səbinə İsrafilova və Güllü Mehdizadə işğaldan azad olunmuş şəhidlərimiz haqqındaq məlumat vermis, Gülay Əhmədli, Məhəmməd Mirzəli, Aylin Məmmədli müxtəlif nömrələrlə çıxış etmişlər. Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri dosent Saleh Nağıyev tədbirə görə iştirakçıları təbrik etmişdir.