8 mart Beynalxalq Qadınlar Gününə həsr edilmiş intelektual yarış
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Coğrafiya fakültəsində 8 mart Beynalxalq Qadınlar Gününə həsr edilmiş intelektual yarış keçirilib.
İntellektual yarış 11 komandanın iştirakı ilə 5 raund üzrə keçirilib.
Coğrafiya fakültəsi THİK sədri Sadıq Novruzov iştirakçılara yarışın qaydaları barədə məlumat verib. Yarışın gedişatında suallar Sadıq Novruzov, Ayla Həsənzadə və İmran Bayramov tərəfindən səsləndirilib. Şəffaflığın təmin olunması məqsədilə yaradılmış Gülər Sarızadənin və Təbərrik Zeynalovanın rəhbərliyilə münsiflər heyəti və nəzarət qrupu yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.
Gərgin intellektual mübarizənin sonunda "40-cı paralel" komandası 1-ci, "Çörək və gül" komandası 2-ci və "Cazadores" komandası 3-cü yeri qazanıb. Qalib komandanın üzvləri Fəxri fərmanlarla təltif olunub.