31 mart Azərbaycanlıların soyqrımı günü həsr edilmiş tədbir
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Humanitar məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov 31 mart soyqırımının Azərbaycan xalqının yaddaşında qalan qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni birləşmələrinin xalqımıza qarşı etdikləri qeyri-insani cinayətlərə diqqət çəkərək bu hadisələrin unudulmaması və dünya ictimaiyyətinə düzgün çatdırılmasının vacibliyini bildirib.
Mart soyqırımı haqqında geniş məlumat vermək üçün söz Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədəliyə verilib. O, soyqırımının tarixi haqqında məlumat verərək, bu hadisələrin təməlinin hələ XIX əsrin ortalarından başladığını bildirib. A.Məmmədli arxiv materiallarına əsaslanaraq erməni terrorçularının xalqımıza qarşı etdikləri mənfur əməllər haqqında danışıb. Çıxışı zamanı 44-lük muharibəyə də diqqət çəkən A.Məmmədli 31 mart soyqırımı qurbanlarının qanının yerdə qalmadığını və müzəffər ordumuzun böyük qəhrəmanlıqla torpaqlarımızın düşmən tapdağından azad etdiyini qeyd edib.
Daha sonra Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Ülviyə İsmayılova çıxış edərək, bu qırğınların Cənubi Azərbaycanda da keçirildiyini bildirib.
Tədbir iştirakçıların müzakirəsi ilə, yekunlaşıb.