«XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları» mövzusunda elmi-praktik konfrans
Hörmətli həmkarlar!
Bakı Dövlət Universiteti, Azərkosmos ASC və Azərbaycan Coğrafiya Cəmiyyətinin BDU filialı 2022-ci il 6-7 dekabr tarixlərində Coğrafiya fakultəsinin Geodeziya və kartoqrafiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş «XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları» mövzusunda elmi-praktik konfrans keçirəcəkdir.
Konfransın məqsədi
Müasir dövrdə təsərrüfatın müxtəlif sahələrində, yer elmləri sahəsində, kosmik informasiyanın rolu və əhəmiyyəti olduqca böyükdür. Əvvəlki dövrlərdə elmi-təcrübi tədqiqatlar əsasən çöl ekspedisiyaları təşkil etməklə yerüstü vizual metodlarla həyata keçirilirdisə, indi elmi tədqiqatların demək olar ki, 80-90%-i kosmik informasiya əsasında yerinə yetirilir. Ölkəmizə məxsus Azerspace-1, Azersky və Azerspace-2 peyklərindən alınan məlumatların elmi və təcrübi məqsədlərlə səmərəli istifadə yollarının axtarılması və bu məqsədlə müvafiq nəzəri-metodoloji əsasların işlənib hazırlanması, o cümlədən, BDU alimləri qarşısında duran vəzifələrdəndir. Bununla yanaşı müasir tələblərə cavab verən geoməkan məlumatları infrastrukturunun yaradılması ölkə iqtisadiyyatı üçün olduqca vacibdir və onun yaradılmasında innovativ geodeziya-kartoqrafiya, CİS texnologiyaları aparıcı rola malikdir. Dövlət sərhədlərinin delimitasiya, demarkasiya və redemarkasiya məsələlərinin həllində, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə qayıdış və quruculuq işlərinin təşkilində geoməkan məlumatlarına tələbat günü-gündən artmaqdadır. Son onilliklər ərzində geodeziya-kartoqrafiya elmi, xüsusilə də onun texniki avadanlıqlar arsenalı böyük sıçrayışla inkişaf etmişdir. Bu yeniliklərin istehsalatda tətbiqi müvafiq ixtisas üzrə kadr hazırlığı işində də yeni yanaşmalar tələb edir. Konfransda bu kimi problemlərin yerli və xarici ölkə mütəxəssisləri, qanunvericilik və icra orqanları nümayəndələri ilə birgə müzakirə olunması və həllinin elmi-təcrübi istiqamətlərinin müəyyən edilməsi nəzərdə tutulur.
Konfransın bölmələri
Konfransa təqdim olunacaq məruzə materialları aşağıdakı bölmələrə uyğun olmalıdır:
- Geoməkan məlumatları infrastruktu-runun yaradılması və rəqəmsal xəritələşdirmə;
- Coğrafi informasiya sistemləri və 3D modelləşmə;
- Məsafədən duyma və fotoqrammetriya;
- Mühəndisi obyektlərin layihələndiril-məsi, inşa edilməsi və istismarında müasir geodeziya və GİS texnologiyaları;
- Yerquruluşu, torpaq və daşınmaz əmlak kadastrı sisteminin yaradılmasında
geoməkan və kosmik informasiyanın rolu; - Tektonik aktiv və texnogen təhlükəli zonalarda deformasiyaların geodeziya və kosmik informasiya metodları ilə öyrənilməsi;
- Hidroloji qiymətləndirmə, kosmolandşaft və kosmogeomorfoloji tədqiqatlarda geoməkan və kosmik informasiyanın əhəmiyyəti;
- Ərazi planlaşdırılması, təsərrüfatın təşkili, davamlı inkişafı və iqtisadi-coğrafi qiymətləndirməsində geoməkan və kosmik informasiyadan istifadə yolları;
- Urbanizasiya, miqrasiya, turizim və ekosistemlərin idarə olunmasında geoməkan və kosmik informasiyadan istifadə;
- İqlim dəyişmələri və onun fəsadlarının tədqiqində geoməkan və məsafədən duyma metodlarının rolu;
- Torpaq və bitki örtüyünün öyrənilməsi, ekoloji problemlərə qarşı tədbirlərin hazırlanmasında geoməkan və kosmik informasiyadan istifadə yolları;
- Geoloji axtarışlar və dağ-mədən işlərinin aparılmasında geodeziya, aerokosmo-topoqrafiya və kosmik metodlardan istifadə yolları;
- Azərbaycanda ali geodeziya-kartoqrafiya təhsili: problemlər, perspektivlər.
Tərtibat qaydaları
Konfransa təqdim olunacaq məruzələr (məqalələr) xüsusi topluda çap olunacaq və aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:
- Məqalələrin mətnləri 5-8 səhifə həcmində A-5 formatda, 12 keql şriftlə, MS Word redaktorunda(*.doc, *.docx), Arial şriftində, sətirarası 1,0 intervalla, vərəqin hər tərəfindən 2,0 sm məsafə saxlamaqla yığılmalı və 1 nüsxə kağızda çap olunaraq CD disklə birlikdə təqdim edilməlidir(Azərbaycan vətəndaşları üçün).
- Məqalələr azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Hər bir məqaləyə qısa xülasə verilməlidir. Məqalə azərbaycan dilində təqdim olunarsa, xülasə rus və ingilis dillərində, məqalə digər dildə verildikdə, qalan iki dildə xülasə tərtib edilməlidir.
- Məqalədə mətnin yeri və ardıcıllığı aşağıdakı kimi verilməlidir:
UOT; bölmənin adı(sağ tərəfdə); məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12); müəllifin (müəlliflərin) adı və soyadı(kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10); Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10); işin yerinə yetirildiyi müəssisənin adı(kiçik hərflər, sağ tərəfdə, şrift 10); E-mail ünvanı; xülasə (5-10 sətirdə) (150 – 200 söz, şrift 11); açar sözlər (4-6 söz, şrift 11); məqalənin mətni; nəticə və tövsiyyələr; istifadə edilmiş ədəbiyyat siyahısı.
- Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm); Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Cavid, 2005: s. 78).
- Konfransın materialları rəydən keçdikdən sonra çap olunacaq.
Konfransın işində iştirak etmək istəyənlər 2022-ci il noyabr ayının 10-dək məruzələrinin tezisini təşkilat komitəsinə təqdim etməlidirlər. Tezislərə müsbət rəy alınarsa, məqalələrin mətni noyabr ayının 20-dək aşağıdakı ünvana göndərilməlidir:
Təşkilat komitəsinin adresi
Azərbaycan Respublikası, AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23. Bakı Dövlət Universiteti, Əsas bina, IV mərtəbə, Coğrafiya fakültəsi, otaq № 415,
Əlaqə
Mehbalıyev Mehman, Verpatova İrina, Həsənzadə Günel.
Telefon: (+99412)- 438-01-70 kafedra; (+99450) 521-58-39; (+99455)-332-96-32
Fax: (+99412)-598-33-76
E-mail: [email protected], [email protected]; [email protected].
http: // www.bsu.edu.az
MƏQALƏNİN TƏRTİB FORMASI
UOT:
TITLE OF THE ARTICLE
Nargiz Samedova
PhD, Associate Professor
Baku State University, Azerbaijan
Email:
ORCİD İD: 0000-0001.........
Abstract: text, text, text, text, text (minimum 150 words).
Key words: text, text, text, text, text (5-7 words).
UOT:
MƏQALƏNİN ADI
Səmədova Nərgiz Paşa qızı
filol.üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti, Azərbaycan
Email:
ORCİD İD: 0000-0001.........
Xülasə: Mətn. Mətn. Mətn. Mətn. Mətn (minimum 150 söz).
Açar sözlər: Mətn. Mətn. Mətn. Mətn. Mətn (5-7 söz).
Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni (Cavid, 2005: s.78). Məqalənin mətni.
Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. (Гиркин, 1998: с.123).
İstifadə edilmiş ədəbiyyat
Cavid, H. (2005). Seçilmiş əsərləri: 5 cilddə. III c. –Bakı: Lider nəşriyyatı. – 304 s.
2. Гиркин, И. В. (1998). Новые подходы к организации учебного процесса с использованием современных компью-терных технологий.// Информационные технологии. № 6. – С. 125-144.
Təşkİlat komİtəsİ