“Naxçıvan Muxtar Respublikasında torpaqların antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiyanın müdafiəsi
31 may 2024-cü il tarixində saat 11:00-da Bakı Dövlət Universitetinin FD 2.51 Dissertasiya Şurasının nəzdində 5408.01-“Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisasında fəlsəfə doktoru dissertasiyasının müdafiəsi üzrə Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının dissertantı Ülviyyə Nadir qızı İsgəndərovanın “Naxçıvan Muxtar Respublikasında torpaqların antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirləri” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi təşkil olunacaqdır.
Müdafiə əsas bina, IV mərtəbə Elmi Kitabxananın oxu zalında keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər.