Xəzər dənizinin Azərbaycan sektorunda dəniz işlərinin geodezik təminatının aparılma xüsusiyyətləri mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 17.03.2021 il saat 11:00 da 2504.01 – Geodeziya ixtisası, Geodeziya və kartoqrafiya kafedrasının qiyabi doktorantı Həsənov Əhməd Sərhəd oğlunun Xəzər dənizinin Azərbaycan sektorunda dəniz işlərinin geodezik təminatının aparılma xüsusiyyətləri mövzusunda onlayn elmi seminarı təşkil olunacaq.
Xəzər dənizinin Azərbaycana aid iqtisadi sektorunda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan perspektiv layihələrin geodezik təminat dəstəyi üçün hövzədəki obyektlərin məkanından asılı olmayaraq mövqe koordinatlarının dəqiq təyin edilməsi üçün istifadə edilən peyk, radionaviqasiya, hidrolokasiya və b. sistemlərinin müasir cihaz və alətlərinin köməyi ilə əldə edilən geodeziya ölçmə məlumatlarından birgə-kombinə edilmiş şəkildə istifadə etməklə, tədqiqatların aparılması mövzunun əsas aktuallığını təşkil edir.
Məruzədə müasir tələblərə cavab verə bilən məsələlərin həlli üsullarının təkmilləşdirilməsi və bu üsulların praktiki istifadəsini təmin edən yeni alqoritmlərin hazırlanması və hesablama proqramları təqdim olunacaqdır.