BDU 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

BDU 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.
Coğrafiya fakültəsində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı aşağıdakı kimidir:
|
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Fəlsəfə doktoru proqramı üzrə |
Ödənişli əsaslarla hazırlıq üzrə illik haqlarının məbləği (manatla) YDS-Yalnız dövlət sifarişi ilə |
||
|
Doktorantura |
|||||
|
Cəmi |
Dövlət sifarişli və ödənişli əsaslarla |
||||
|
o cümlədən |
|||||
|
əyani |
qiyabi |
||||
|
5401.01 |
İqtisadi coğrafiya |
1 |
|
1 |
4000 |
|
5402.01 |
Tarixi coğrafiya, siyasi və reqreasiya coğrafiyası |
1 |
|
1 |
4000 |
|
5408.01 |
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası |
1 |
|
1 |
4000 |
|
5801.01 |
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (fizika, kimya, coğrafiya elm sahələri və səviyyələri üzrə) |
4 |
1 |
3 |
4000 |
|
|
|
|
|
|
|
QEYD: İddiaçıların dövlət sifarişi ilə və ya ödənişli əsaslarda təhsil alacağı müsabiqə başa çatdıqdan sonra dövlət sifarişi üçün ayrılan yerlərə əsasən müsabiqə nəticələrinə görə müəyyən edilir.
Doktoranturaya sənədlərin qəbulu 19 may 2026-cı il tarixindən 08 iyun 2026-cı il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS)” vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.
Doktoranturaya qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.
Qəbul qaydaları haqqında ətraflı məlumat: http://md.bsu.edu.az/az
Qeyd: Qəbul Komissiyası tərəfindən doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisas uyğunluğu müəyyən edilir.
Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxsin nəzərdə tutulan elmi rəhbəri tərəfindən razılıq qərarı yazılı surətdə Qəbul Komissiyasına təqdim edilməlidir. Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlanmır. Qəbul Komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir.
Qeyd olunanları nəzərə alaraq, doktoranturaya qəbul olmaq istəyən şəxslər tələb olunan sənədləri portala yüklədikdən sonra, sənədlərini kağız şəklində (eləcə də elmi rəhbərin razılıq qərarını) Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Doktorantura şöbəsinə təqdim etmələri xahiş olunur.
Əlavə məlumat üçün:
Tel: (+994 12) 539 64 58
Mob: (+994 50) 415 07 34