Naxçıvan Muxtar Respublikasının aqrosenozlarının davamlı inkişafının təmin edilməsinin coğrafi əsasları mövzusunda elmi seminar
28 mart 2024-cü il tarixində saat 1000-da Bakı Dövlət Universitetinin FD 2.51 Dissertasiya Şurasının nəzdindəki 5408.01 – “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisasında Elmi seminarının növbəti iclasında Naxçıvan Dövlət Universiteti Coğrafiya kafedrasının dissertantı Leyla Pənah qızı İbrahimovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasının aqrosenozlarının davamlı inkişafının təmin edilməsinin coğrafi əsasları” mövzusunda dissertasiya işinin elmi seminarı təşkil olunacaqdır.
Elmi seminar BDU-nun əsas binası, IV mərtəbə, Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında keçiriləcəkdir.