“Naxçıvan Muxtar Respublikasında landşaftların transformasiyasına təsərrüfatın təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi
10 May 2024-cü il tarixində saat 11:00-da Bakı Dövlət Universitetinin FD 2.51 Dissertasiya Şurasının nəzdində “5408.01-“Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisasında fəlsəfə doktoru dissertasiyasının müdafiəsi üzrə ,Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının doktorantı Şəfəq Məhcan qızı Orucovanın coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasında landşaftların transformasiyasına təsərrüfatın təsiri” mövzusunda dissertasiya işinin müdafiəsi təşkil olunacaqdır.
Müdafiə əsas bina, IV mərtəbə Elmi Kitabxananın oxu zalında keçiriləcəkdir.
Arzu edənlər iştirak edə bilər.