Azərbaycan ərazisində sutkalıq maksimal yağıntıların məkan-zaman qanunauyğunluqları mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 28 Aprel 2021- ci il saat 11:00 - da 5406.01 Hidrologiya- “ Hidrologiya ” ixtisası, Hidrometeorologiya kafedrasının doktorantı İmanova Məhərrəmova Aytən Rüfət qızının “Azərbaycan ərazisində sutkalıq maksimal yağıntıların məkan-zaman qanunauyğunluqları” mövzusunda onlayn elmi seminarı təşkil olunacaq.
Leysan yağışların əsas göstəricilərindən biri maksimal sutkalıq yağıntıların miqdarıdır. Bu göstərici quru dərələlər və yarğanlarda, həmçinin sutoplayıcı sahəsi 200 km2-ə kimi olan kiçik çaylarda daşqınların maksimal su sərfləri və hifroqraflarının hesablanmasında əsas parametrlərdən biridir. kimi istifadə olunur. Maksimal sutkalıq yağıntıların miqdarı yaşayış məntəqələri və iri təsərrüfat obyektlərinin ərazisindən yağış sularının kənarlaşdırılması sistemləri layihələndirilərkən geniş istifadə olunur.
Məruzədə yağış daşqınlarının formalaşması aspektində öyrənilmiş maksimal sutkalıq yağıntıların ölkə ərazisi üzrə paylanma qanunauyğuluqları, həmçinin qanunauyğunluqlar əsasında hesablanmış çayların maksimal su sərfləri təqdim olunacaq. Maksimal sutkalıq yağıntılarının çoxillik tərəddüdlərinin sinfazlığı və korrelyasiya matrisinin təhlil ediləcəkdir.
Həmçinin “Hidrometeorologiya” kafedrasının magistrantı Əliyeva Sara Fərhad qızının “Xəzərin səviyyə tərəddüdlərinin Abşeron sahillərinə təsiri”, “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasının magistrantı Quliyeva Nigar Mehman qızının “Avropa ölkələrində (Almaniya, Finlandiya, Polşa) təhsil sistemi və coğrafiya fənninin tədris planında yeri” və Fiziki coğrafiya kafedrasının magistrantı-İsayeva İnsaf Elşən qızının “Qazax-Qarabağ rayonunun ümumi fiziki-coğrafi səciyyəsi” mövzusunda məruzələri təqdim olunacaq.
Elmi seminarda iştirak etmək üçün keçid: https://teams.microsoft.com/l/meetup-join/19%3aa405b146ff8b4152ac341558b7e0803f%40thread.tacv2/1619512067372?context=%7b%22Tid%22%3a%22a43125d1-0f89-4fa4-99ab-5474c89fdd42%22%2c%22Oid%22%3a%22029faaa1-9e06-4caa-82cf-8b1fdbebe6a2%22%7d