QISA BİOQRAFİK MƏLUMAT
Talıbov Səbuhi Əlibala oğlu 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-2004-cü illərdə 115 saylı orta məktəbdə oxuyub. 2012-ci ildən Bakı Dövlət Universitetində çalışır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2019-cu ildən BDU-nun Coğrafiya fakültəsi Elmi Şurasının üzvüdür.
- 2012-2015. Doktorantura. BDU “İqtisadi coğrafiya”,
Dissertasiya mövzusu “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda turizmin inkişaf perspektivləri”
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə coğrafiya üzrə fəlsəfə doktoru (c.ü.f.d.) elmi dərəcəsi verilmişdir.
- 2010-2012 Magistratura. BDU “Turizm və sosial mədəni servis xidməti” ixtisası. Fərqlənmə diplomu.
Magistr dissertasiya mövzusu: “Azərbaycan Respublikasında turizm və rekreasiya zonaları: yaradılması və perspektivləri”
- 2004-2008 Bakalavr. AKU “Turizm və sosial mədəni servis xidməti” ixtisası.
ƏMƏK FƏALİYYƏTİ
- 2021-ci ildən Bakı Dövlət Universiteti. Coğrafiya fakültəsində Elmi işlər üzrə dekan müavini.
- 2021-ci ildə ATMU. Müəllim.
- 2019-2021 OGUZ Aqro MMC. İcraçı direktor.
- 2016-2019 Vien Travel MMC. Təsisçi və direktor.
- 2015-2017 BBKK. Müəllim.
- 2012-ci ildən Bakı Dövlət Universiteti. Müəllim.
TƏDQİQAT SAHƏSİ
Turizmdə marketinq, otel menecmenti, qonaqpərvərlik sənayesi, kənd turizmi, turizmin iqtisadiyyatı, davamlı turizm, ekskursiya işinin təşkili, turizm fəaliyyətində SWOT analizi, turizmdə maraqlı tərəflərin (Stakeholder) təhlili, beynəlxalq turizm, turizmdə innovasiyaların tətbiqi, turizm-rekreasiya resursları, ekoloji turizm, turizm marşrutlarının təşkili, açıq hava turizm fəaliyyətinin inkişafı, Covid-19-un turizmə təsiri və s.
ELMİ-PEDAQOJİ FƏALİYYƏTİ DÖVRÜNDƏ TƏDRİS ETDİYİ FƏNNLƏR
“Servis fəaliyyəti”, “Kənd turizmi”, “Beynəlxalq turizmin coğrafiyası”, “Turizmdə nəqliyyat xidmətləri”, “Rekreasiya və sağlamlıq”, “Beynəlxalq turizm və transmilli otellər”, “Azərbaycan Respublikasının kurort təsərrüfatı”, “Turizmdə menecment”, “Turizmdə marketinq”, “Marketinqin əsasları”, “Menecmentin əsasları”, “Destinasiya menecmenti”, ”Turizmdə innovasiyalar” fənnlərindən bakalavr və magistr pilləsində əyani və qiyabi şöbələrdə mühazirə və məşğələ dərsləri aparır.
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
- (2020-2021) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda “Kiçik Qafqaz təbii vilayətinin turizm-rekreasiya potensialının qiymətləndirilməsi və reyestri” adlı layihəsində iştirakçı kimi fəaliyyət göstərmişdir.
- (2020) KOB İnkişaf Mərkəzində turizm üzrə təlimçi və ekspert kimi;
- (2020) DTA “Sağlamlıq turizminin inkişafı üzrə xidmətlər” açıq tenderində qalib komandanın iştirakçısı kimi;
- (2019) Gəncə-Qazax iqtisadi rayonu üzrə GİZ və Avropa Şurasının “Yerli və Regional İnkişafa Dəstək” lahiyəsində iştirakçı kimi;
- (2018) GİZ Avropa Şurası “Yerli və Regional İnkişafa Dəstək” (Gəncə-Qazax iqtisadi rayonu üzrə) peşəkar təlimlərdə ekspert kimi;
- (2012-2015) Mədəniyyət və Turizm Nazirliyinin “Atçılıq turlarının təşkili” üzrə lahiyədə koordinator və ekspert kimi;
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2021, Bakı Dövlət Universiteti, İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd turizm növlərinin inkişafı, Respublikas elmi-praktik konfransı.
- 2021, Sumqayıt Dövlət Universiteti, Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər, Respublika elmi konfransı.
- 2018, Bakı Dövlət Universiteti, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş «Strateji yol xəritələri və coğrafi tədqiqatlar» Respublika elmi-praktik konfransı.
- 2017, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Doktorant və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı.
- 2016, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Doktorant və gənc tədqiqatçıların XX Respublika elmi konfransı.
- 2016, Qafqaz Universiteti, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş, Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı.
- 2016, III Beynəlxalq türk dünyasi araşdırmaları simpoziumu.
- 2015, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Doktorant və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı.
- 2013, Bakı Dövlət Universiteti, Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyevin və Azərbaycanda Coğrafiya Elminin inkişafı” mövzusunda Respublika Elmi Konfransı.