TƏLƏBƏ HƏYATI

Coğrafiya fakültəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tələbə təşkilatları tərəfindən tədbirlər həyata keçirilir. Fakültədə "BDU könüllüləri" təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir. Bu təşkilatlar tərəfindən mütəmadi olaraq elmi-sosial müsabiqələr və tədbirlər təşkil olunur.

Coğrafiya fakültəsi tərəfindən tələbələr fakültədaxili və universitet səviyyəli yarışlara cəlb olunur, onların sosial və elmi fəallığının artırılması istiqamətində tədbirlər həyata keçirilir.

Fakültə "BDU könüllüləri" təşkilatı  2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirir, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial layihələrin,  mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edir. Fakültə könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbir, sosial layihə və humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. "BDU Könüllüləri" təşkilatının Coğrafiya fakültəsinin vəzifələri fakültədə mədəni-kütləvi tədbirlərin keçirilməsi, fakültədə keçirilən müxtəlif konfranslarda könüllü dəstəyinin təmin olunması, fakültədə asudə vaxtın səmərəli təşkili istiqamətində görüşlərin keçirilməsi, tələbələrin maraq və meyillərinin öyrənilməsi, fikir və layihələrinin həyata keçirilməsi, tələbələrin müxtəlif sahələrdə bacarıqlarının üzə çıxarılması və inkişafı istiqamətində işlərin görülməsi, fakültədə tələbələrin könüllü fəaliyyətinin təşviqi və təbliği, fakültədə könüllü hərəkatının genişləndirilməsi, təşkilatda həyata keçirilən layihələr haqqında fakültənin məlumatlandırılmasıdır.

Fakültədə tələbələrin sistemli elmi-tədqiqat işlərinə cəlb olunması və onların elmi biliklərinin inkişaf etdirilməsi məqsədi ilə Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyəti müxtəlif elmi-yaradıcılıq müsabiqələri, elmi seminar və konfransların təşkili, jurnal və kitabların hazırlanması, tələbələrin elmi işlərinin işığlandırılması və layihələrinin təqdim olunması istiqamtində işlər aparır.

Fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən tələbələrin şəhərin müxtəlif tarixi muzeylərinə, memarlıq abidələrinə və mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil olunur, müxtəlif ədəbi-bədii və yaradıcılıq tədbirləri həyata keçirilir. Təşkilat həmçinin tələbələr arasında əməkdaşlıq mühitinin yaradılması, sosial ədalət prinsipi və tələbə hüquqlarının qorunması, müəllim-tələbə münasibətlərinin tənzimlənməsi və s. istiqamətlərdə də fəaliyyət göstərir.

Tələbə Gənclər Təşkilatı tərəfindən mütəmadi olaraq sərgi, təqdimat, dəyirmi məsa və təlimlər təşkil olunur. Tələbələrin maraq dairələrinə uyğun olaraq müxtəlif dərnək və klublar təşkil olunur.

Fakültənin oğlanlardan ibarət futbol komandası hər il universitetdaxili çempionatda çıxış edir və Coğrafiya fakültəsini layiqi ilə təmsil edir.

Ümumilikdə fakültə rəhbərliyinin dəstəyi və tələbə təşkilatlarının təşəbbüsü ilə tədris ili və tətil müddətində tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün bütün imkanlar yaradılır və müxtəlif istedada malik olan tələbələrin bacarıqları yüksək qiymətləndirilir.

Coğrafiya fakültəsinin tələbələri yaradılan şəraitdən bəhrələnərək universitetin mədəni, ictimai və sosial həyatında aktiv iştirak edirlər. Fakültənin professor-müəllim heyəti gənc nəslin yetişməsində, onların elmi-tədqiqatlara cəlb edilməsində, eləcə də dövlətçilik, vətən pərvərlik mövzularında sosial tərbiyə yönmlü işlər aparırlar.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət