7 oktyabr 1939-cu ildə anadan olmuşdur. 1962-ci ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini bitirmiş, həmin ildən AMEA-nın Coğrafiya İnstitutunda elmi işçi kimi çalışmışdır. 1969-cu ildə elmlər namizədi, 1996-cı ildə elmlər doktoru alimlik dərəcəsi almış, 1984-1986-cı illərdə Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 2000-ci ildən BDU-nun Coğrafiya fakültəsinin Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında dosent, 2007-ci ildən professor vəzifəsində, 2000-2003 illərdə isə BDU-nun humanitar məsələlər üzrə prorektoru vəzifəsində çalışmışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Rəhbərliyi ilə 3 nəfər elmlər namizədi hazırlanmışdır.
Elmi fəaliyyəti Azərbaycanın su anbarları ilə göllərinin hidroloji xüsusiyyətlərinə, mühafizəsinə, su anbarlarının yenidən qurulmasına həsr edilmiş, həmin sahədə bir çox layihələrin müəllifi olmuşdur. 160 elmi əsərin, o cümlədən 5 monoqrafiya, 1 dərsliyin müəllifidir.