KƏRƏMOV NURƏDDİN KƏRƏM OĞLU

KƏRƏMOV NURƏDDİN KƏRƏM OĞLU

KƏRƏMOV NURƏDDİN KƏRƏM OĞLU

Professor

1911-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Böyük Vətən müharibəsi illərində BDU-da təhsil almış, aspiranturanı bitirmiş, 1948-ci ildə namizədlik, 1975-ci illərdə doktorluq dissertasiyası müdafiə etmişdir. 1948-1952-ci illərdə BDU-nun Fiziki coğrafiya kafedrasının ilk müdiri seçilmiş, sonrakı illərdə həmin kafedranın dosenti və professoru vəzifələrində çalışmışdır. 1965-1975-ci illərdə ADPU-nun Fiziki coğrafiya kafedrasının müdiri, 1975-ci ildən ömrünün axırına qədər həmin kafedranın professoru vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən fiziki coğrafiya və landşaftşünaslığa həsr olunmuşdur. Böyük Qafqazın, ümumiyyətlə, Azərbaycanın ilk landşaft tədqiqatçısıdır. Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanovun coğrafi əsərləri, səyahətləri haqqında maraqlı məqalələr, kitablar yazmışdır. Yerli və xarici elmi nəşrlərdə 100-ə yaxın məqaləsi, publisist yazıları dərc olunmuşdur.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət