ƏLİZADƏ ELBRUS KƏRİM OĞLU

ƏLİZADƏ ELBRUS KƏRİM OĞLU

ƏLİZADƏ ELBRUS KƏRİM OĞLU

AMEA-nın müxbir üzvü, professor

1979-cu ildə BDU-nun Geologiya-coğrafiya fakültəsini bitirdikdən sonra, AMEA-nın Coğrafiya İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

1984-cü ildə "Geomorfologiya və təkamül coğrafiyası" ixtisası üzrə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə "Geomorfologiya" ixtisası üzrə professor elmi adı almış və həmin ildə Coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

2013-cü ildə akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

1993-cü ildən BDU-nun coğrafiya fakültəsində mühazirələr oxumuş, 2005-ci ildən isə Fiziki coğrafiya kafedrasında əvəzçiliklə professor vəzifəsində çalışmışdır.

2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın  "Yer Elmləri ixtisasları" üzrə Ekspert Şurasının üzvü, 2011-2017ci illərdə isə elmi katibi olmuşdur.

E.K. Əlizadə UNESKO-nun nəzdində Rusiya Federasiyasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən "Dağların tarazlı inkişafı" elmi mərkəzinin Müşahidəçilər Şurasının üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, AMEA-nın nəzdində fəaliyyət göstərən "Respublika Coğrafiya üzrə Əlaqələndirmə Komissiyası"nın sədri vəzifələrində çalışmışdır.

2011-ci ildən ömrünün sonuna qədər TQDK nəzdində "Coğrafiya" üzrə Elmi Seminarın və Ekspert Şurasının sədri, 2003-cü ildən isə Təhsil Nazirliyinin Coğrafiya üzrə Elmi-metodik Şurasının sədr müavini olmuşdur.

Prof. E.K.Əlizadə Qazaxıstanda Coğrafiya İnstitutunda nəşr olunan “Coğrafiyanın və geoekologiyanın aktual problemləri” və AMEA-nın “Xəbərləri”-nin Yer Elmləri seriyası elmi jurnallarının redaksiya heyətinin üzvlərindən biri olmuşdur. BDU-nun Coğrafiya fakültəsində bakalavr və magistr pillələrində kadrların hazırlanmasında böyük əməyi olan E.K Əlizadənin  rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanmışdır. Respublikamızın orta ümumtəhsil məktəblərində tədris edilən 3 dərsliyin həmmüəllifi və 3 dərsliyin redaktoru olmuşdur.2017-ci ildə Respublika Dövlət mükafatına layiq görülmüşdür

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət