ƏFƏNDİYEV VÜSƏT ƏMİR OĞLU

ƏFƏNDİYEV VÜSƏT ƏMİR OĞLU

ƏFƏNDİYEV VÜSƏT ƏMİR OĞLU

“Qabaqcıl təhsil işçisi”, “Əməkdar elm xadimi”, professor

Əfəndiyev Vüsət Əmir oğlu - 1979-cu ildən BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında elmi və pedoqoji fəaliyyətə başlamışdır. 1985-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və 2004-cü ildə professor elmi adı almışdır.

Elmi fəaliyyətinin əsas istiqaməti əhali və təsərrüfatın təmərküzləşdiyi rayonlarda urbanizasiyanın inkişaf qanunauyğunluqları, nizamlanması, mürəkkəb şəhər mühitinin anatomiyası, potensial imkanları, proqnozları və ümumilikdə Azərbaycanda urbanizasiya prosesinin öyrənilməsidir. O, respublikada ilk dəfə olaraq şəhər urbanizasiyanın metodoloji və metodiki əsasları, şəhərlərin inkişaf problemləri və iri şəhərlərin, o cümlədən Böyük Bakının tənzimlənməsinin iqtisadi-coğrafi amilləri və ekoloji problemləri, miqrasiyanın səbəbləri və istiqamətləri, şəhər və paytaxt fenomeni, müasir dövrdə Azərbaycan şəhərlərində mövcud olan demoqrafik xüsusiyyətləri, şəhərlərin tipologiyası və ixtisaslaşdırılması, perspektiv inkişaf layihələrinə və s. dair tədqiqatlar aparmışdır.

Prof V.Ə.Əfəndiyev Azərbaycanda və xarici jurnallarda nəşr olunmuş 204-dən çox elmi əsərlərin, o cümlədən 7 monoqrafiya və kitabların, 11 dərslik və dərs vəsaitinin, 4 xəritənin, 3 metodik göstərişin və 15 tədris proqramının müəllifidir. Təhsil Nazirliyinin qərarı ilə 1995-ci ildə müəllif olduğu “Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri (Bakı: “Nicat” nəşriyyatı. 1995) əsəri akademik Həsən Əliyev adına mükafata layiq görülmüşdür. Rəhbərliyi altında coğrafiya üzrə 5 fəlsəfə doktoru, hazırlanmışdır. Prof. V.Ə.Əfəndiyev beynəlxalq elmi konfranslarda və simpoziumlarda, o cümlədən Rusiyada, Ukraynada, İranda, Rumıniyada və s. ölkələrdə məruzələrlə çıxış etmişdir.

V.Ə.Əfəndiyevin elmi-tədqiqat işləri və tədris fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti də əhatəlidir. O, BDU-nun Böyük Elmi Şurasının, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Azərbaycan Respublikası Təhsil Nazirliyi Vahid Metodik Şuranın “Coğrafiya” bölməsinin sədri, “Bakı Universitetinin Xəbərləri” jurnalının Baş Redaksiya Heyətinin, Tehran Universitetində nəşr olunan “Şəhərlərin planlaşdırılması” elmi jurnalının Redaksiya Şurasının üzvüdür.

2005-ci ildə prof. V.Ə.Əfəndiyev Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, 2009-cu ildə  “Əməkdar elm xadimi” fəxri adı almışdır.

V.Ə.Əfəndiyev Respublikada elm və təhsilin inkişafında fəaliyyətinə görə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət