BABAXANOV NERON ASLAN OĞLU

BABAXANOV NERON ASLAN OĞLU

BABAXANOV NERON ASLAN OĞLU

Professor

25 oktyabr 1939-cu ildə anadan olmuşdur. 1956-1962-ci ildə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsində təhsil almışdır. 1964-cü ildə Moskva Dövlət Universitetinin “SSRİ-nin iqtisadi coğrafiyası” ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. 1969-cu ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1990-cı ildə professor elmi adı almışdır. 1989-91-ci illərdə BDU-nun SSRİ-nin iqtisadi coğrafiya kafedrasının müdiri, 1990-92-ci illərdə Azərbaycanın Xalq Təhsili nazirinin müavini, 1992-ci ildə BDU-nun prorektoru olmuşdur. 1992-ci ildən İqtisadi və sosial coğrafiya kafedrasının professoru olmuşdur.

Elmi fəaliyyəti təbii fəlakətlərin elmi və sosial coğrafi istiqamətdə öyrənilməsinə həsr olunmuşdur. 200 elmi və publisistik məqalənin müəllifidir. Rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu nəzdində fəaliyyət göstərən  Dissertasiya Şurasının və BDU-nun Coğrafiya fakültəsinin Elmi Şurasının üzvü olmuşdur. Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanı, “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət