XARİCİ ÖLKƏLƏRİN İQTİSADİ-SİYASİ COĞRAFİYASI VƏ TURİZM KAFEDRASININ TARİXİ

Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrası 1960-cı ildə təsis edilmişdir. 2004-cü ildən Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası adlanır. 1960-cı ildən 1980-cı ilədək kafedraya görkəmli coğrafiyaşünas alim, professor Hadı Bədəl oğlu Əliyev rəhbərlik etmişdir. Prof.H.B.Əliyevin kafedraya rəhbərlik etdiyi dövrdə elmi-pedaqoji kadr hazırlanması, elmi-tədqiqat və tədris - metodiki işlərin təşkilində, ali və orta məktəb dərsliklərinin yazılmasında mühüm işlər görülməklə yanaşı Azərbaycan Coğrafiya Cəmiyyətinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsində, respublikanın ictimai-siyasi həyatında böyük xidməti olmuşdur. O, 1979-cu ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.

1980-1989-cu illərdə kafedraya c.e.n., dos.Aydın İsmayıl oğlu İbrahimov rəhbərlik etmişdir. Həmin dövrdə kafedranın kadr potensialı artırılmış, iki nəfər elmlər namizədi adını almaq üçün dissertasiya  işini müdafiə etmişdir (R.İ.Abbasov, H.B.Soltanova). 1980/1981-ci tədris ilindən 1990-cı ilədək kafedrada A.İ.İbrahimovun rəhbərliyi ilə respublikada turizm sektorunun inkişafı məqsədilə «Diyarşünaslıq və turizm-ekskursiya işinin təşkili» üzrə mütəxəsis hazırlanmasında əhəmiyyətli tədqiqat işləri aparılmışdır.

1990-cı ildən c.e.d. A.İ.İbrahimov Türkiyənin qabaqcıl ali məktəblərində fəaliyyət göstərir. Monoqrafiya, dərs vəsaitləri, regional inkişaf problemlərinə dair çoxsaylı məqalələrin müəllifidir.

1989-1992-ci illərdə kafedraya c.e.n. prof. Cabir Ağali oğlu Məmmədov rəhbərlik etmişdir. O, kadr potensialını genişləndirmək məqsədilə kafedraya 2 nəfər dəvət etmişdir (c.e.d. prof.M.A.Abramov, c.e.n.dos.E.B.Nuriyev). C.Məmmədov Yaxın və Orta Şərq regionunun iqtisadi, sosial və siyasi coğrafiyasının öyrənilməsində mühüm işlər görmüşdür. Həmin dövrdə kafedrada 2 dərslik, 4 monoqrafiya, fənn proqramları və metodik göstərişlər, 30 məqalə nəşr edilmişdir.

1992-1996-cı illərdə kafedrada müdür vəzifəsini c.e.n.dos.Gülsabah Abdul qızı Hacıyeva icra etmişdir. 1996-cı ildən 2022-ci ilə qədər Soltanova Həbibə Bayraməli qızı kafedranın müdürü vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Elm və  Təhsil Nazirliyində coğrafiya bölməsi üzrə Metodiki Şuranın üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin Reyasət heyətinin üzvü və Coğrafiya Cəmiyyətinin BDU filialının sədri, BDU-nun  coğrafiya fakultəsində Metodiki Şuranın sədri  vəzifəsini yerinə yetirmişdir. H.B.Soltanova Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tətəfindən kadr hazırlığında səmərəli fəaliyyətinə görə sərəncamla təltif olunmuşdur. “Qızıl Qələm” Mediya Mükafatı laureatı diplomuna layiq görülmüşdür.

 2022-ci ildən kafedraya professor İbrahimov Aydın İsmayıl oğlu rəhbərlik edir.

Kafedrada 2001-ci ildən «Turizm və sosial-mədəni servis xidməti» ixtisası üzrə mütəxəssis hazırlanır. Bakalavr və magistratura təhsil pəllələri üçün tədris proqramları, metodik göstərişlər, azərbaycan dilində dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. 1997-ci ildən magistr təhsil pilləsində kafedra 2 istiqamətdə – “Ölkəşünaslıq və beynəlxalq turizm”, “Dünyanın iqtisadi və sosial coğrafiyası”, 2004-cü ildən isə “Turizm və sosial-mədəni servis xidməti”, “Turizm işi”, “Beynəlxalq turizm və ölkəşünaslıq” ixtisasları üzrə magistr hazırlığına başlanılmışdır. Kafedra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Turizm İnstitutu ilə əlaqələr saxlayır. Kafedra əməkdaşları, aspirant, tələbə və magistrantlar onların turizmlə bağlı bütün tədbirlərində işitirak edir. Turizm ixtisası alan bəzi tələbələr yay istehsalat təcrübəsini xarici ölkələrdə (ABŞ, Türkiyə, Kipr) keçirlər. Kafedranın  Türkiyənin  İstanbul, Balıkesir, Çanakkala və Akdeniz universitetləri , Rusya Federasiyasının Moskva Dövlət Universiteti, St.Peterburgr, Сənubi Federal Universiteti, Hollandiya Amsterdam Universiteti ilə, Ankarada Türksoy Mərkəzilə əlaqələri vardır. 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət