AZƏRBAYCAN COĞRAFİYASI VƏ COĞRAFİYANIN TƏDRİSİ METODİKASI KAFEDRASININ TARİXİ

Coğrafiya fakültəsinin strukturuna daxil olan ən gənc kafedra kimi 2007-ci ilin mart ayında yaradılmış və kafedra müdiri vəzifəsinə prof. Vüsət Əmir oğlu Əfəndiyev seçilmişdir.

Professor V.Ə.Əfəndiyev sosial-iqtisadi və siyasi coğrafiya sahəsində tanınmış alimdir. Onun elmi-tədqiqatlarının əsas istiqaməti urbanizasiyanın inkişaf qanunauyğunluqları, nizamlanması, mürəkkəb şəhər mühitinin anatomiyası, potensial imkanları və proqnozlaşdırılmasıdır.Professor V.Ə.Əfəndiyev 2009-cu ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür və “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

2019-cu ilin mart-iyul aylarında kafedraya prof. İsmayılov Çingiz Niyaz oğlu rəhbərlik etmişdir..2004-cü ildə “Xəzəryanı regionda neftqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2010-cu ildə professor elmi adı almışdır.

2019-cu ilin iyul ayında dos. Nağıyev Saleh Qasım oğlu  “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Dosent  Nağıyev Saleh Qasım oğlu  180-dan çox elmi məqalələrin müəllifi,30-dan çox dərs programlarının,2 monoqrafiyanın,Azərbaycanda ilk dəfə  azərbaycan və rus dillərində yazılan “Əhali coğrafiyası”,”Geourbanistika” və “Azərbaycan iqtisadi və sosial coğrafiyası” dərsliklərinin, azərbaycan və rus dillərində, yazılan ”Əhali coğrafiyası” praktiumunun müəllifidir.

Dosent  Nağıyev Saleh Qasım oğlu  “Azərbaycanın əhalisinin iqtisadi-coğrafi problemləri” mövzusunda yazdığı doktorluq işi müdafiəyə hazırdır.Hazırda kafedrada 10 müəllim fəaliyyət göstərir,onlardan  4-ü dosent, 6 nəfəri isə müəllimdir.

Kafedranın əsas elmi istiqaməti  müasir dövrdə Azərbaycanın kiçik və orta şəhərlərində yaranmış problemlərin inkişaf xüsusiyyətləri və tənzimlənməsi yollarıdır. Əhali məskunlaşması və miqrasiya problemləri, Torpaqların mənşəyi və coğrafi yayılması, Coğrafiyanın tədrisi metodikası, Xidmət sahələrinin coğrafiyası, Azərbaycanın şəhərlərinin iqtisadi-coğrafi problemləri, Əhali məskunlaşması problemi sahəsində tədqiqatlar aparılır.

Kafedra alimləri  Lomonosov adına Moskva Dövlət Universiteti,Sankt-Peterburq Dövlət Universiteti,Kiyev Dövlət Universiteti,Baltika Federal Universiteti,Polşanın Poznan Universiteti, Pskov Dövlət Univeridteti, Türkiyə və İran İslam Respublikasının bir sıra ali məktəbləri və elmi mərkəzləri ilə ənənəvi əlaqə yaradıb, elmi kadr hazırlığı, təcrübə mübadiləsi və s. istiqamətlərdə birgə iş aparır.

2015-2023-ci illərdə kafedra əməkdaşları tərəfindən  9 dərslik və dərs vəsaiti, 8 monoqrafiya, 5 metodik vəsait, 450-dən çox elmi məqalə və tezis çap etdirilib.

Kafedra bakalavriatura pilləsində coğrafiya və coğrafiya müəllimliyi ixtisasları, magistratura pilləsində Azərbaycanın fiziki coğrafiyası,Azərbaycan və onunla qonşu ölkələrin sosial-iqtisadi coğrafiyası və Coğrafiyanın tədrisi metodikası və metodologiyası ixtisasları üzrə fəaliyyət göstərir.

Hər il kafedrada Azərbaycan və onunla qonşu ölkələrin sosial-iqtisadi coğrafiyası,Azərbaycanın fiziki coğrafiyası və Coğrafiyanın tədrisi metodikası və metodologiyası üzrə 30-35 magistrant müdafiə edərək magistr dərəcəsinə yiyələnir. Kafedra müəllimləri tərəfindən ənənəvi olaraq Azərbaycan və onunla qonşu ölkələrin sosial-iqtisadi coğrafiyası,Azərbaycanın fiziki coğrafiyası və Coğrafiyanın tədris metodikası və metodologiyasından icmal mühazirələr oxunur.Kafedra son illər ərzində 20 dən artığ dərslik və dərs vəsaiti,400 dən çox elmi məqalə dərc etmişdir.Kafedra əməkdaşları 30 dan çox Beynəlxalq simpozium və konfransada iştirak etmişdir.Kafedra əməkdaşlarından qabaqcıl təhsil işçisi döş nişanı, Respublikanın fəxri fərmanı və.s təltif edilmişdir.Eyni zamanda Bakı Dövlət Univeristetini 100 illiyi ilə əlaqədar kafedranın bir çox əməkdaşları Bakı Dövlət Univeristetini 100 illiyi medalı ilə təltif olunmuşdur.

Kafedrada bakalavriatura pilləsində coğrafiya və coğrafiya müəllimliyi ixtisasları,magistratura pilləsində Azərbaycanın fiziki coğrafiyası, Azərbaycan və onunla qonşu ölkələrin sosial-iqtisadi coğrafiyası və Coğrafiyanın tədris metodikası və metodologiyası ixtisasları fəaliyyət göstərir.

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət