İqtisadi və sosial coğrafiya” kafedrasının əsası 1960-cı ildə prof. Ə.M.Hacızadə tərəfindən qoyulmuşdur. Təşkil olunduğu gündən kafedra Respublikada iqtisadi və sosial coğrafiya sahəsində mühüm tədris-elmi və yüksək ixtisaslı kadr hazırlığı mərkəzinə çevrilmişdir. Daimi yenilənən kafedranın qarşısında duran əsas vəzifələr iqtisadi və sosial coğrafiyaın ümumi və regional sahələr üzrə tədris olunan kursların nəzəri-metodiki əsasları və konstruktiv istiqamətlərini yeni şəraitin tələblərinə uyğunlaşdırmaq, Azərbaycanda regionaların sosial-iqtisadi inkişafı Dövlət Proqramları, ayrı-ayrı təsərrüfat sahələri üzrə hazırlanmış strateji yol xəritələrinin əhəmiyyəti və iqtisadi coğrafi potensialın tədqiqidir.
1980-1986-cı illərdə İqtisadi və sosial coğrafiya kafedrasının nəznində SSRİ-nin nazirlər kabineti nəznində Ali Atestasiya komissiyasınin iqtisadi və sosial coğrafiya ixtisası üzrə müdafiyə şurası fəaliyyət göstərmişdir.Bu müdafiyə şurasında yerli mütəxəsislərlə yanaşı SSRİ-nin bir çox respublikalarından, o cümlədən Rusiya,Ukrayna,Gürcüstan,Özbəkistan,Qazaxıstan və Ermənistan iqtisadi coğrafiyaçıları dissertasiya işlərini müdafiə etmişdilər.eyni zamanda kafedranın müəllimləri təsərüfat müqavilələri əsasında regional planlaşdırma,şəhər salma,istehsalın texniki iqtisadi əsaslandırılması və digər istiqamətlərdə elmi tədqiqat işləri icra etmişlər.
(1989-1991)–ci illərdə prof. Neron Aslan oğlu Babaxanov, (1991-2019)-cu illərdə prof. Tapdıq Güləhməd oğlu Həsənov, 2019-cu ildən isə Çingiz Niyazi oğlu İsmayılov rəhərlik edir. Yarandığı ilk illərdə kafedrada dos. Ə.M.Hacızadə, dos. İ.S.Osmanov, dos. K.P.Hüseynova, baş müəllim B.N.Mixels, baş müəllim M.H.Salehli, dos. O.A.Vahabov, A.Ə.Qəmbərov, c.e.n., baş müəllim N.N.Allahverdiyev, B.M.Əsgərov, Ş.Y.Göyçaylı, N.A.Babaxanov, 1970-ci ildən dosentlər: T.G.Həsənov, Ş.Q.Dəmirqayayev, C.R.Abbasov çalışmışlar.
Kafedra müdiri Coğrafiya elmləri doktoru, professor Çingiz Niyazı oğlu İsmayılov, 1978 –ci ildən kafedrada müəllim kimi işləyir. Çingiz İsmayılov 2019-ci ildən kafedra müdiri vəzifəsində çalışır. O, 230-dən çox elmi əsərin, o çümlədən 15 monoqrafiya və dərsliyin müəllifidir. Prof. Ç.İsmayılov Exxon Mobil neft şirkətinin sifarişilə 3 kitab nəşr etmişdir.
Prof.Ç.İsmayılov 2004-cü ildə “Xəzəryanı regionda neftqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. O, 100-nan çox beynəlxalq elmi simpozium və konfransalarda çıxış etmiş və bir çox xarıcı ölkələrdə məqalələri çap olunmuşdur. AB-nin REC Qafqaz, ABŞ-ın National Geographical Society, Gerson Lehrman Group (USA), Central Eurasian Studies Society(USA), Association of European Schools of Planning (EU) və digər beynəlxalq təşkilatların üzvüdür.
Hal hazırda kafedrada 1 professor, 4 coğrafiya üzrə fəlsəfə doktoru, 3 müəllim və 1 laborant çalışır. Kafedra əməkdaşlarının Azərbaycanın və müxtəlif xarici ölkələrin nüfüzlu jurnallarında, o cümlədən “Thomson Reuters” kateqoriyalı jurnallarda çox sayda elmi məqalə və tezisləri mütamadi olaraq çap olunur.
Kafedrada bakalavr pilləsində “Coğrafiya” 25, ”Davamlı inkişafın idarə edilməsi” üzrə magitraturada isə 3 ixtisaslaşmada: “İqtisadi və sosial coğrafiya” , “Ərazi planlaşdırılması və rayon planaalınması” və ”Davamlı inkişafın idarə edilməsi” ixtisasları üzrə ümumilikdə 34 fənn tədris olunur.
Kafedra ilə xarici ölkələrin Almaniyanın, Türkiyənin, Rusiyanın, Qazaxstanın, İranın universitetləri arasında əlaqələri inkişaf etməkdədir. Polşanın Poznan universiteti ilə, Rusiyanın "Həştərxan Dövlət Universiteti" və "Moskva Dövlət Universiteti" ilə elmi əlaqələri son illərdə genişlənmişdir.
Hal-hazırda kafedrada dosent Sahilə Əbiş qızı Allahverdiyeva, müəllimlər – i.e.n. Maqsud Rüstəm oğlu Babayev, c.ü.f.d. Nətavan Ramiz qızı Cəfərova, Polad Şəmistan oğlu Orucov, 0,5 ştat müəllimlər - Nuranə Vahid qızı Əliyeva, Nuranə Ramiz qızı Əfəndiyeva elmi-pedaqoji fəaliyətlə məşğuldurlar.