Bakı (Azərbaycan) Dövlət Universitetinə Coğrafiya ixtisası üzrə ilk tələbə qəbulu geologiya-coğrafiya fakültəsində 1944-cü ildə aparılmış və 1948-ci ildə fiziki coğrafiya kafedrası yaradılmışdır. Fiziki coğrafiya kafedrasına ilk müdir prof. Nurəddin Kərəm oğlu Kərəmov seçildi (1948-1952). Sonrakı illərdə fiziki coğrafiya kafedrasına prof. Qasım Kazım oğlu Gül (1952-1959), prof. Müseyib Ağabala oğlu Müseyibov (1960-2011), prof. Yaqub Əli oğlu Qəribov (2011-2022) rəhbərlik etmiş, 2022-2023-cü tədris ilində kafedra müdiri vəzifəsini c.ü.f.d. Şəfiqə Yusub qızı Hümbətova icra etmişdir. Hazırda kafedraya dosent Ramiz Mirağa oğlu Əhlimanov rəhbərlik edir. Kafedrada Yaqub Əli oğlu Qəribov (professor), Şəkər İdayət qızı Məmmədova (dosent), Asəf Şərbət oğlu Cərullayev (dosent), Tahirə Məlikheydər qızı Qəhrəmanava (dosent), Şəfiqə Yusub qızı Hümbətova (c.e.n. müəllim), Nəzifə Əli qızı Abasova (baş müəllim), Əlipaşa Əlibəy oğlu Nəbiyev (baş müəllim), İrkən Fatehovna Aktoprak (baş müəllim), Gülnarə Baratxan qızı Əhmədova (c.e.n. müəllim), Rəşad Rahib oğlu Sədullayev (müəllim), Ləman Həsən qızı Həsənəliyeva (c.ü.f.d. müəllim), Aygün Azər qızı İsmayılova (c.ü.f.d. müəllim), Qönçə Ayaz qızı Nuruyeva (baş laborant) çalışırlar.
Kafedrada müxtəlif vaxtlarda akademik Ş.F.Mehdiyev, AMEA-nın müxbir üzvü prof. Qasım Gül, professorlar M.A.Müseyibov,M.M.Çobanzadə, prof. Ə.H.Əsgərov, M.H.Əliyev, A.A.Şahbazov, İ.Ə.İbrahimbəyli çalışmışlar.
Kafedranın elmi-pedoqoji fəaliyyətinin formalaşmasında mühüm rol oynamış şəxslərdən AMEA-nın müxbir üzvü prof. Qasım Gül, professor və elmlər doktorlarından M.A.Müseyibovun, M.M.Çobanzadənin, prof. Ə.H.Əsgərovun və başqalarının xidmətləri olmuşdur.
Kafedrada landşaftşünaslıq və geomorfologiyanın müasir problemlərinə həsr olunmuş tədqiqat işləri aparılır. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində kafedranın professor müəllim heyəti, laborantları, doktorantları, dissertantları və magistrantları iştirak edir.
Kafedrada 2 elmlər doktoru, 20-dən çox coğrafiya üzrə fəlsəfə doktoru hazırlanmışdır.
Fiziki coğrafiya kafedrası Moskva Dövlət Universitetinin landşaftşünaslıq və landşaft planlaşdırılması, Türkiyənin İstanbul, Ankara, Geresun, Eylül, Ərzurum, Atatürk Universitetlərinin torpaqşünaslıq, fiziki coğrafiya, ekologiya fakultələri ilə, Rusiyanın Moskva Təbiət elmləri akademiyası, ABŞ Koliforniya Universiteti coğrafiya fakultəsi ilə, Gürcüstan Dövlət Universitetinin fiziki coğrafiya kafedrası, Qazaxıstan Dövlət Universitetinin təbiət elmləri fakultələri ilə çoxillik elmi əlaqəyə malik olmuşlar. Hal-hazırda kafedranın əməkdaşları Türkiyə, Rusiya və digər xarici ölkələrin ali məktəbləri və qabaqcıl elmi müəssisələri ilə elmi və elmi-metodiki əlaqələrini inkişaf etdirirlər.
Kafedranın əməkdaşları tərəfindən 20-dən çox dərslik, monoqrafiya, dərs vəsaiti, dərs proqramları, metodik göstərişlər, 1000-dən çox elmi məqalə nəşr olunmuş, 15 müəlliflik şəhadətnaməsi almışdır.
Kafedranın əməkdaşları 10-dan çox xarici elmi jurnallarının redaksiya heyətlərinin üzvüdür. Kafedra əməkdaşlarının həmmüəllifliyi ilə 15 dərslik, dərs vəsaiti və metodik göstəriş nəşr olunmuşdur.
Kafedra əməkdaşlarından 2 nəfəri Boyük Britaniya Akademiyasının həqiqi üzvü, 1 əməkdaşı isə Rusiya MEA-nın Təbiət Elmləri Akademiyasının professoru elmi adını almışdır.
Hazırda kafedrada 3 nəfər doktorant, 23 magistrant elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Bundan əlavə kafedra magisr və bakalavr tələbələrini çöl təcrübələrinə aparıb, tədqiqatlar aparırlar.
Fiziki coğrafiya kafedrası bu gün yeni ideyalarla çalışır. İnnovativ həlli yollarını araşdırmağa səy göstərir. 416 saylı auditoriyada müasir xəritələrlə təchiz edərək coğrafiya kabineti yaradılması hazırda günün tələblərindəndir. Fiziki coğrafiya kafedrasının elmi-pedaqoji əməkdaşlığı göstərilən məsələlərin həllinə öz töhfəsini verir. AR Elm və Təhsil Nazirliyinin akad.H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə birlikdə birgə elmi tədqiqat işləri aparırlar. Landşaft-ekoloji, geomorfoloji, rəqəmsal riyazi-metodlarla tədqiqatların aparılması istiqamətində işlər görülür. Kafedra GİS texnologiyasında təminat sisteminin yaradılmasına xidmət edəcək elmi tədqiqatların aparılmasını öz qarşısında bir məqsəd kimi qoymuşdur.