ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

2024-2026

İstiqamət: Geodeziya və kartoqrafiya

Mövzu: Azərbaycan ərazisində müasir innovativ ölçmə texnologiyaları ilə coğrafi dəyişkənliyin tədqiqi və geodezik – kartoqrafik təminatın yaradılması

Mövzunun rəhbəri: dosent. Əfqan Talıbov

İcraçılar:  dos. Əfqan Talıbov, prof. Qocamanov M.H., dos. Mehbalıyev M.M., dos. Əhlimanov  R.M., b/m. Orucov M.K., müəllimlər Həsənov Ə., Verpatova İ., Qəribova İ., doktorantlar Vəlizadə F.Ş., Əzizli N.H.

Məqsəd: Azərbaycan Respublikası ərazisində coğrafi dəyişkənliyin tədqiqi və geodezik kartoqrafik məlumatlar ilə təminat.

Nəticə: Tədqiqatların nəticəsi müasir innovativ üsullarla geodezik təminat sisteminin konseptual əsaslarının işlənməsi və müxtəlif təyinatlı xəritələrin hazırlanması

Təcrübi əhəmiyyəti: Ölkə ərazisində həyata keçirilən beynəlxalq və yerli layihələrin geoməkan təminatı


İş 1: Azərbaycan ərazisində normal yüksəklik sisteminin peyk texnologiyaları ilə yaradılmasının tədqiqi

İcraçı: prof. M.H.Qocamanov

Məqsəd: Peyk texnologiyaları əsasında normal yüksəklik sistemlərinin tədqiqi.

Nəticə: Azərbaycanda peyk texnologiyaları ilə normal yüksəklik sistemlərinin yaradılması.

Təcrübi əhəmiyyəti: Normal yüksəklik sistemləri əsasında dəqiq plan və xəritələrin tərtibi.


İş 2: Azərbaycanın təbii ehtiyatlarının müasir üsullarla tədqiqi, monitorinqi, qiymətləndirilməsi və xəritələşdirilməsi

İcraçılar: dos. Ə.T.Talıbov, İ.İ.Verpatova

Məqsəd: Təbii ehtiyatların müasir üsullarla tədqiqi, monitorinqi və qiymətləndirilməsi.

Nəticə: Azərbaycanın təbii ehtiyatlarının böyük miqyaslı xəritəsinin tərtibi.

Təcrübi əhəmiyyəti: Təbii ehtiyyatlar xəritəsi əsasında mövcud resursların qiymətləndirilməsi.


İş 3: Müasir informasiya metodu ilə təbii ərazi komponentlərinin öyrənilməsi və ekoloji problemin həllində onlardan istifadə (Böyük Qafqaz fiziki-coğrafi vilayəti ərazisinin timsalında)

İcraçılar: dos. R.M.Əhlimanov

Məqsəd: Təbii ərazi komplekslərinin informasiya metodu ilə tədqiqi.

Nəticə: Ekoloji problemlərin həllində təbii ərazi komplekslərinin rolunun təyini.

 Təcrübi əhəmiyyəti: Tədqiqat rayonunda ekoloji problemlərin həll edilməsi.


İş 4: Böyük Qafqazın Azərbaycan hissəsinin dini turizm potensialı və onun müasir texnologiya əsasında tədqiqi və xəritəsinin tərtibi

İcraçılar: Dos. M.M.Mehbalıyev

Məqsəd: Azərbaycanda dini turizmin müasir vəziyyətini tədqiq etmək və qiymətləndirmək.

Nəticə: Tədqiqat rayonunun dini turizm xəritəsinin tərtibi.

Təcrübi əhəmiyyəti: Azərbaycanda dini turizm sənayesinin inkişafı çox əhəmiyyətlidir.


İş 5: Aerokosmik məlumatlar əsasında Böyük Qafqazın cənub yamacı ərazisində baş verən dinamik proseslərin tədqiqi və xəritələşdirilməsi

İcraçılar: Baş müəllim M.K.Orucov

Məqsəd: Ekzogen proseslərin aerokosmik məlumatlar əsasında tədqiqi.

Nəticə: Tədqiqat rayonunun ekzogen proseslərini əks etdirən xəritənin tərtibi.

Təcrübi əhəmiyyəti: Kənd təsərüfatı işlərinin təşkil edilməsində böyük əhəmiyyət kəsb edir.


İş 6: Xəzər dənizinin Azərbaycan akvatoriyasında Sonar və Batimetriya tədqiqatları

İcraçılar: Ə.S.Həsənov, Vəlizadə F.Ş.

Məqsəd: Xəzərin şelf zonasında relyefin tədqiqi .

Nəticə: Tədqiqat ərazisinin relyef xəritəsinin tərtibi.

Təcrübi əhəmiyyəti: Geofiziki-geoloji tədqiqatlarda tətbiq edilməsi.


İş 7: Gəncə-Daşkəsən iqtisadi rayonununda dağ-mədən sənayesinin ətraf mühitə texnogen təsirinin qiymətləndirilməsi: kartoqrafik analiz

İcraçılar: İ.Ə.Qəribova, N.Əzizli

Məqsəd: Ətraf mühitə göstərilən texnogen təsirin tədqiqi.

Nəticə: Tədqiqat rayonunun ətraf mühitin çirklənmə xəritəsinin tərtibi.

Təcrübi əhəmiyyəti: Dağ mədən sənaye müəsisələrinin istismarında istifadə edilməsi.

 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət