İSTİRAHƏT VƏ ASUDƏ VAXT

Coğrafiya fakültəsinin əməkdaşları Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzi və Altıağac qəsəbəsində yerəşən Tədris-təcrübə bazasında asudə vaxtlarınıda və məzuniyyət müddətində ailəvi istirahət edə bilərlər.

Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzinin və Altıağac Tədris-təcrübə bazasının yerləşdiyi ərazilər öz füsunkar təbiətinə, təmiz havasına, iqliminə və suyunun kimyəvi tərkibinə görə nəinki Azərbaycanda, həmçinin bütün Qafqazda xüsusi yeri ilə seçilir. Quba Tədris-təcrübə və istirahət mərkəzinin həyətində 2 idman stadionu (futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. Tədris və istirahət korpusunda Universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılıb.

Coğrafiya fakültəsinin də professor-müəllim, texniki heyəti və tələbələri yaradılmış şəraitdən faydalanırlar.

 

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət