QISA BIOQRAFIK MƏLUMAT
- 1958-ci il mayın 5-də Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub.
- 1965-1975-ci illərdə Gürcüstan Respublikasının Bolnisi rayonunun Abdallı kənd orta məktəbində oxuyub.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
- 1976-1981-ci illərdə BDU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya ixtisası üzrə təhsil alıb.
- 1987-1991-ci illərdə həmin birliyin «Kartoqrafiya» ixtisası üzrə aspiranturasını bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1981-ci ildə BDU-nun təyinatı ilə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində elmi laboratoriyada işə başlamışdır.
- 1992-ci ildən BDU-nun Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasına mütəxəssis kimi baş laborant vəzifəsinə dəvət olunmuşdur.
- 1995-ci ildən BDU-nun Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasında müəllim,
- 2006-cı ildən bu günə qədər BDU-nun Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasına baş müəllim vəzifəsində çalışır.
- Apardığı dərslər: Aerokosmik tədqiqat üsulları və fotoqrammetriya, Kartoqrafiya, Torpaq və bitki örtüyünün xəritələşdirilməsi, Geodeziya.
- 27 elmi məqalə və tezisin, 4 proqramın müəllifidir.
TƏDQİQAT SAHƏSİ
- Böyük Qafqazın cənub yamacı ərazisində aerokosmik üsullarla qravitasion proseslərin tədqiqi və xəritələşdirmə metodikası.
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2022, Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 50 illik yubileyinə həsr edilmiş “XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. Innovasiyalar, səmərəli istifadə yolları” mövzusunda Respublika Elmi – praktiki konfrans
- 2017, Ümummilli liderHeydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş «Müasir təbiət elmlərinin aktual problemləri» beynəlxalq elmi konfransı
- 2016, Azərbaycan regionlarının coğrafi problemləri. Respublika elmi-praktiki konfrans
- 2014, R.X. Piriyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları.
- 2013, Ümummili lider H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda coğrafiya elminin inkişafı» mövzusunda Respublika Elmi Konfransı
- 2013, «Fiziki coğrafiya» kafedrasının 70 və «Hidrometeorologiya» kafedrasının 40 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
- 2012, Prof. M.A. Müseyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransı
- 2012, Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 40 illik yubileyinə həsr edilmiş «XXI əsr Geodeziya və kartoqrafiya elmində innovasiyalar» mövzusunda IV elmi-praktik konfrans
- 2009, Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans
- 2007, Akad. Həsən Əliyevin 100 illik yubile-yinə həsr olunmuş Beynəlxalq Elmi konfrans