ƏFQAN TALIB OĞLU TALIBOV

ƏFQAN TALIB OĞLU TALIBOV

ƏFQAN TALIB OĞLU TALIBOV

Kafedra müdiri, dosent

Tel.: (+99412) 4390974

Email: [email protected]

QISA BİOQRAFIK MƏLUMAT

  • 1964-cü ildə Sumqayıt şəhərində anadan olub. 1982-ci ildə orta məktəbi bitirib.

 TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI.

  • 1991-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib.
  • 2000-ci ildə Coğrafiya elmləri namizədi. Dissertasiya işinin mövzusu: “Aerokosmik şəkillərin landşaft-ekoloji deşifrlənməsi əsasında böyük miqyaslı ekoloji-tipoqrafik xəritələrin tərtib edilmə metodikası (Abşeron yarımadası timsalında)”.
  • 2003-cü ildən dosent

ƏMƏK FƏALİYYƏTİ

  • 1991-1992 Sumqayıt şəhər 10 saylı orta məktəbdə Coğrafiya müəllimi
  • 1992-ci ildən Bakı Dövlət Universiteti, “Geodeziya və kartoqrafiya” kafedrasında müəllim
  • 1997-ci ildən baş müəllim                                                                           
  • 2003-cü ildən dosent
  • 2023-cü ildən “Geodeziya və kartoqrafiya” kafedrasının müdiri
  • 1 dərs vəsaiti, 1 monoqrafiya, 50-ə yaxın məqalə və tezisin, 8 proqramın, müxtəlif təyinatlı atlaslarda dərc olunmuş xəritələrin  müəllifidir.

MÜKAFATLAR

  •  “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı.

ELMİ TƏDQİQAT SAHƏSİ

  • Ekoloji-coğrafi şəraitin tədqiqi və böyük miqyasda xəritələşdirilməsi.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI.

  • 2023, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyaları Azərbaycan Respublikasının ərazi bütövlüyünün və davamlı inkişafının təminatçısıdır” mövzusunda Respublika elmi-praktik konfrans
  • 2022, Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 50 illik yubileyinə həsr edilmiş “XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. Innovasiyalar, səmərəli istifadə yolları” mövzusunda Respublika Elmi – praktiki konfrans
  • 2021, Beynəlxalq Elmi –praktiki konfrans, Minsk.
  • 2018, Understanding the problems in inland waters:case study for the Caspian basin conference
  • 2017, Ümummilli liderHeydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş «Müasir təbiət elmlərinin aktual problemləri» beynəlxalq elmi konfransı
  • 2016, Azərbaycan regionlarının coğrafi problemləri. Respublika elmi-praktiki konfrans
  • 2014, R.X. Piriyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları.
  • 2014, Coğrafiya: nəzəriyyə, praktika və innovasiya. Elmi-praktiki konfrans.
  • 2013, 3-cü Beynəlxalq Elmi-texniki konfrans, Tbilisi.
  • 2013, Ümummili lider H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda coğrafiya elminin inkişafı» mövzusunda Respublika Elmi Konfransı
  • 2013, «Fiziki coğrafiya» kafedrasının 70 və «Hidrometeorologiya» kafedrasının 40 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
  • 2012, Prof. M.A. Müseyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransı
  • 2012, Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 40 illik yubileyinə həsr edilmiş «XXI əsr Geodeziya və kartoqrafiya elmində innovasiyalar» mövzusunda IV elmi-praktik konfrans
  • 2009, Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans
  • 2007, Akad. Həsən Əliyevin 100 illik yubile-yinə həsr olunmuş Beynəlxalq Elmi konfrans

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət