QISA BİOQRAFİK MƏLUMAT
- 1952-ci il yanvar ayının 01 – də Qəbələ rayonunun (keçmiş Qutqaşen) Nic kəndində anadan olmuşdur.
TƏHSİLİ , ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1969-1973– cü illərdə Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil almışdır.
- 1975-1979-cu illərdə AMEA-nın Coğrafiya institutunnun aspirantura şöbəsində təhsil almışdır.
- 1983-cü ildə «Şirvan düzünün təbii landşaftlarının antropogen təsirlərlə dəyişilməsi və onun rekonstruksiya məsələləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir
- 1994-cü ildən isə Fiziki coğrafiya kafedrasında baş müəllim,
- 1997-2011-ci illər Fiziki coğrafiya kafedrasında dosent
- 2012-ji ildən fiziki coğrafiya kafedrasının müdiri vəzifəsində çalışır. .
- 2013-cü ildə «Azərbayjan Respublikasının təbii landşaftlarının antropogen transformasiyası və onların optimallaşdırılması məsələləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək coğrafiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
- 2015 ildən professordur
ƏMƏK FƏALİYYƏTİ
- 1973- 1975 – ci illərdə Qəbələ rayonunun Çuxur Qəbələ kənd orta məktəbində müəllim
- 1979-1993 – cü illərdə AMEA-nın Coğrafiya institutunda kiçik elmi işçi, elmi işçi,baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
- 1992-ci ildən Bakı Dövlət Universitetinun Coğrafiya fakültəsində “Landşaftşünaslıq”, “Ümuni yerşünaslıq”, “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycan landşaftları”, “Landşaftlarin antropogen transformasiyası” və s. fənnlərdən mühazirə dərslərini aparır,
- 1994-cü ildən isə fiziki coğrafiya kafedrasında baş müəllim,
- 1997-2011-ci illər fiziki coğrafiya kafedrasında dosent
- 2012-ci ildən bu günə qədər fiziki coğrafiya kafedrasının müdiri vəzifəsində çalışır.
- 1994-2017-ci illərdə fiziki coğrafiya və landşaftşunaslıq ixtisası üzrə ali məktəb üçün 3 dərsliyin və 3 dərs vəsaitinin orta məktəb üçün azərbaycan və rus dilllərində nəşr olunmuş 8 dərsliyin və 8 metodik göstərişin, 20-dən artıq tədris proqramının, 310-dən artıq elmi məqalənin müəllifidir.Onun 7 monoqrafiyası nəşr olunmuşdur.
- 1979-2017-ci illərdə respublika, regional və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Onun əsərləri Böyük Britaniya, Fransa, Avstraliya, Avstriya, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan,Türkmənistan və s. ölkələrinin nüfuzlu curnal və elmi məjmuələrində nəşr edilmişdir.
- Coğrafiya fakültəsinin Elmi Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyində Coğrafiya bölməsi üzrə Metodik Şuranın, AMEA-nın Coğrafiya institutunda fəaliyyət göstərən D.01.091 Dissertasiya Şurasının, Tələbə qəbulu üzrə Dövlət Komissiyasının coğrafiya üzrə ekspert Şurasının fəal üzvüdür, “Coğrafiya və təbii resurslar ” jurnalının, “Gürcüstanın Su Təsərrüfatının müasir problemləri” və” International Journal of Young Researchers” jurnalarının redaksiya heyətinin üzvüdür.
TƏDQİQAT SAHƏSİ
- Landşaftşunaslıq, təbii landşaftların antropogen transformasiyası, landşaftların mühafizəsi, landşaftın optimallaşdırılması
- Respublikada müasir landşaftşunaslıq, təbii landşaftların optimallaşdırması, antropogen transformasiyası, landşaftların mühafizəsi, antropogen landşaftşunaslıq sahəsində elmi kadrların yetişdirilməsində fəal iştirak edir.
- Elmi rəhbəri olduğu 5 aspirant «fiziki coğrafiya, biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası» ixtisası üzrə coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2017-ci il “Şollar-Bakı su qurğular kompleksinin 100 illiyinə həsr edilmiş”Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.
- 2017,Lənkaran şəhərində “Regionların demoqrafik inkişafı ”mövzusunda konfransda;
- 2016,Şəki şəhərində “ Regionların sosial-iqtisadi inkişafı” mövzusunda konfransda
- 2015,Bakı şəhərində “Coğrafiya:nəzəriyyə,praktika və innovasiya”mövzusunda konfransda
- 2014,Bakı şəhərində “2-ci Xəzər Beynəlxalq Su Texnologiyaları” konfransının materialları
- 2013,Bakı şəhərində “Müstəqillik illərində coğrafiyanın inkişafı ” mövzusunda konfransda
- 2013,2014, 2015,2016,2017 - cı illərdə Tbilisi şəhərlərində keçirilən Beynəlxalq Konfranslarda
- 2012-ci ildə Moskva ,Qroznı
- 2011-ci ildə Almata,Maxaçqala
- 1997-2000 Moskva, Almata,Daşkənd şəhərlərində keçirilən konfranslarda
- 1986-cı ildə Alp-Himalay Beynəlxalq konfranslarında,
- 1980-1991-ci illərdə Moskva, Leninqrad, Bişkek, Alma-Ata, Aşqabad, Minsk şəhərlərində SSRİ coğrafiya cəmiyyətinin simpozium, konfranslarında,