QISA BIOQRAFIK MƏLUMAT:
1964 il yanvarın 10-da Ermənistan Respublikası Spitak rayonunun Saral kəndində anadan olub. 1972-1982-ci illərdə orta mək¬təbdə oxuyub.
1985-1990-cı illərdə Bakı Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində təhsil alıb.
1996-cı ildən BDU-da çalışır. 1996-ci ildən Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində çalışır. 2000-2017-ci illərdə Coğrafiya fakültəsinin magistratura üzrə dekan müavini, 2018-2022-ci illərdə Coğrafiya fakültəsinin dekanı, 2023-cü ildən etibarən fiziki coğrafiya kafedrasında dosent vəzifəsində işləyir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:
- 1990, BDU
- 1998, «Gəncə şəhəri və ona yaxın olan əraziləri hava hövzəsinin antropogen çirklənməsinin tədqiqi və proqnozlaşdırılması»mövzusunda dissertasiya işini müdafiə etmiş və coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
- 2003-cü ildə pedaqoji fəaliyyətinə görə dosent elmi adı verilmişdir.
- 2018, «Azərbaycanın iri şəhərləri atmosferinin çirklənməsinin ekocoğrafi problemləri» adlı doktorluq dissertasiyası müdafiə etmiş.
- 2022-ci ildən coğğrafiya elmləri doktoru elmi dərəcəsi verilimişdir.
ƏMƏK FƏALİYYƏTİ:
- 1990, Azərbaycan Dövlət Hidrometeorologiya komitəsində aparıcı mühəndis, baş mühəndis, aparıcı mühəndis vəzifələrində çalışmışdır.
- 1996-ci ildən Coğrafi ekologiya (Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə) kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
- Pedaqoji fəaliyyəti dövründə bakalavryat pilləsində Biocoğrafiya, Ekologiya və ətraf mühiti mühafizə, Şəhərlərin ekologiyası, Ətraf mühitə nəzarət sistemi, Suların və Xəzərin ekologiyası, Tibbi coğrafiya, Təbiətdən istifadə və onun qorunması,magistratura pilləsində Azərbaycanın ekoloji problemləri, Azərbaycanın geoekologiyası , Landşaftın geokimyası və geofizikası fənlərini tədris edir.
- 1999, coğrafiya elmləri namizədi .
- 2003, dosent
- 2022, coğrafiya elmləri doktoru
- 140-a yaxın elmi əsər ( o cümlədən 40 yaaxın xaricdə, 11 məqalə Xüsusiləşdirirlmiş İndeksli jurnallarda)
TƏDQİQAT SAHƏSİ:
Şəhərlərin ekocoğrafi problemləri və ekoloji mühitin proqnozlaşdırılması, Şəhərlərdə ekoloji-coğrafi şəraitin insan səhhətində yaratdığı problemlərin tədqiqi, Landşaftların coğrafi-ekoloji problemləri
Tədris proqramları:
Biocoğrafiya,Tibbi coğrafiya, Təbiətdən istifadə və onun qorunması, Coğrafiyaya giriş ,Coğrafiyadan çöl təcrübəsi üçün proqram və.s