GÜLNARƏ BARATXAN QIZI ƏHMƏDOVA

GÜLNARƏ BARATXAN QIZI ƏHMƏDOVA

GÜLNARƏ BARATXAN QIZI ƏHMƏDOVA

Coğrafiya elmləri üzrə fəlsəfə doktoru, Müəllim

Tel.: +(994) 12 539 04 19

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

Əhmədova Gülnarə Baratxan qızı 18 fevral 1980 – ci ildə Şamaxı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1996-2000-ci illərdə BDU – nun Coğrafiya fakültəsində təhsil almışdır.

TƏHSİLİ , ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1996-2000-ci illərdə BDU – nun Coğrafiya fakültəsində bakalavr pilləsində təhsil almışdır.
  • 2000-2002 – ci illərdə Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasının “Geomorfologiya” ixtisası üzrə magistratura pilləsində təhsil almışdır.
  • 2002-2005 – ci illərdə AMEA – nin akad. H.Ə. Əliyev adına Coğrafiya Institutunda aspiranturada oxumuşdur.
  • 2009 – ci ildə “Orta və Son Pleystosendə Kiçik Qafqazın təbii şəraiti və insanın paleoekologiyası” mövzusunda dissertasiya işini müdafiə edərək, coğrafiya elmləri üzrə fəlsəfə doktoru alımlik dərəcəsi almışdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 2002 – 2006 – ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji kəşfiyyat xidmətində I kategoriyalı geoloq işləmişdir.
  • 2010-2014-cü illərdə BDU – nun Coğrafiya fakültəsində saathesabı qaydada müəllim işləmişdir.
  • 2015 – ci ildən BDU – nun Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.
  • 2009-2017-ci illərdə paleocoğrafiya, paleoekologiya, landşaftşünaslıq və landşaft ekologiyası üzrə 1 monoqrafiyası , 3 tədris proqramı , 30-dan artıq elmi məqaləsi dərc olunmuş, respublika, regional və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Əsərləri ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Avstraliya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Türkmənistan və s. ölkələrin jurnal və elmi məqalələrində nəşr edilmişdir.

TƏDQİQAT SAHƏSİ

  • Elmi tədqiqatları coğrafiyanın geomorfologiya, paleocoğrafiya, paleoekologiya, insan ekologiyası, landşaftşünaslıq, landşaftların transformasiyas, landşaft ekologiyası və s. sahələrə həsr edilir.
  • “Azərbaycanın geomorfologiyası”, “Ümümi geomorfologiya”, “Qafqazın fiziki coğrafiyası”, “Geomorfologiyanın əsasları”, “Xəzərin fiziki coğrafiyası” fənnlərindən mühazirə və məşğələ dərslərini aparır.
  • O cümlədən magistr pilləsində “Paleocoğrafiya” , “Landşaftın evolyusiyası və dinamikası” və “Dinamiki geomorfologiya” fənnlərini tədris edir.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2022-ci il “XXI əsr : Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları” mövzusunda respublika elmi-praktik konfransı.
  • 2017-ci il Şollar-Bakı su qurğular kompleksinin 100 illiyinə həsr edilmiş Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.
  • 2017-ci il Madrid şəhərində keçirilən Beynəlxalq Seminarda və Konfransda ;
  • 2017,Lənkaran şəhərində “Regionların demoqrafik inkişafı ”mövzusunda konfransda;
  • 2016,Şəki şəhərində “ Regionların sosial-iqtisadi inkişafı” mövzusunda konfransda
  • 2016, 2017-ci illər Tbilisi şəhərində keçirilən Beynəlxalq Konfransda
  • 2015,Bakı şəhərində “Coğrafiya:nəzəriyyə,praktika və innovasiya”mövzusunda konfransda

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət