SAHİLƏ ƏBİŞ QIZI ALLAHVERDİYEVA

SAHİLƏ ƏBİŞ QIZI ALLAHVERDİYEVA

SAHİLƏ ƏBİŞ QIZI ALLAHVERDİYEVA

Dosent

Tel.: +(994) 12 538-11-58

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1969-cu il sentyabrın 26-da Ermənistan Respublikası Qafan şəhərində anadan olub, 1976-1986-cı illərdə Qafan şəhərinin 4 saylı orta məktəbini bitirib. 1991-1997-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. 1997-ci ildə İqtisadi və sosial coğrafiya kafedrasının dissertantı olub. 1998-ci ildən İqtisadi və sosial coğrafiya kafedrasında saat hesabı dərs aparır. 2004-cü ildən c.e.d. prof. N.A.Babaxanov və  c.e.d. prof. Ç.N.İsmayılovun rəhbərliyi altında “Bakı dəniz limanının inkişafının iqtisadi-coğrafi problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2005-ci ildən Coğrafiya elmləri namizədidir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1991-1997-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib.
  • 2005-ci ildə Coğrafiya elmləri namizədi “Bakı dəniz limanının inkişafının iqtisadi-coğrafi problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
  • 2014-cü ildən elmlər doktoru proqramı üzrə qiyabi doktorantdır. “Qloballaşma şəraitində Azərbaycanın müasir nəqliyyat sisteminin inkişaf dinamikası və perspektivləri”mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

ƏMƏK FƏALİYYƏTİ

  • 1991-ci ildən iqtisadi və sosial coğrafiya kafedrasında laborant işləyir.
  • 1997-ci ildən baş laborant, 1998-ci ildən saat hesabı müəllim işləyir.
  • 2010-cu ildən “İqtisadi və sosial coğrafiya” kafedrasının müəllimi
  • 2013-cü ildən həmin kafedranın baş müəlli
  • 2018-ci ildən dosent əvəzi vəzifəsində çalışır

TƏDRİS ETDİYİ FƏNNLƏR

  • Bakalavr pilləsi üzrə - Xəzərin coğrafiyası, İqtisadi və sosial coğrafiyanın əsasları,
  • Dünyanın iqtisadi və sosial coğrafiyası, Azərbaycan Respublikasında davamlı inkişafın idarə edilməsi
  • Magistratura pilləsi - Nəqliyyat coğrafiyası, Coğrafiyanın müasir problemləri, Xidmət sahələrinin coğrafiyası

TƏDQİQAT SAHƏSİ

  • Dəniz limanının iqtisadi-coğrafi problemləri;
  • Müasir nəqliyyat sisteminin inkişaf istiqamətləri.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1998, Bakı,BDU, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin keçirdiyi “neft Azərbaycanın gələcəyi” mövzusunda gənc alim və tələbələrin elmi-tədqiqat işləri müsabiqəsində məqalə III yerə layiq görülmüşdür.
  • 1999, Bakı, Azərbaycan Təhsil Nazirliyi, Coğrafiya fakültəsi, Bakının “Xəzər” Elmi Tədqiqat İnformasiya Mərkəzinin “İpək Yolunun bərpasının oğrafi problemləri” Elmi konfrans
  • 1999, Bakı, Azərbaycan Təhsl Nazirliyi, AMEA-sı, BP, AMOKO şirkətlərinin”Böyük İpək Yolu və Azərbaycan nefti” mövzusunda gənc alim və tələbələrin Elmi-tədqiqat işlərinin müsabiqəsində gənc alimlər arasında I yerə layiq görülmüşdür.
  • 2005, Bakı, BDU-nun Coğrafiya fakültəsinin 60 illiyinə həsr olunmuş elmi konfrans
  • 2007, M.A.Müseyibovun 80 illik yubiley konfrans.
  • 2010, Bakı, AMEA-nın müxbir üzvü R.Məmmədovun 60 illik yubileyinə həsr olunmuş Elmi konfrans
  • 2012, Bakı, Qloballaşma və Coğrafiya. Prof. M.A.Müseyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans
  • 2012, Bakı, akad. Həsən Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda II Beynəlxalq Elmi Konfrans
  • 2013, Bakı, Ulu Öndər H.Ə.Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
  • 2013, Bakı, Müstəqillik illərində coğrafiya elminin inkişafı ilə bağlı beynəlxalq elmi konfrans
  • 2014, Sumqayıt, “Ekologiya və Həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye ili”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Elmi Konfrans
  • 2015, Bakı, Prezident Yanında İdarəcilik Akademiyasında “Qlobal çağırışlar şəraitində Azərbaycan Respublikasının davamlı inkişafının idarə edilməsi mövzusunda Elmi Praktik Konfrans
  • 2016, Fransa, Paris-Sarbona Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH müəllimləri üçün təşkil etdiyi “Təhsildə İnnovasiyanın tətbiqi” mövzusunda seminar
  • 2016, Birləşmiş Ərəb Əmirlikləri, Abu Dabi şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH müəllimləri üçün təşkil etdiyi  Paris-Sarbona Universitetinin “Universitetlərarası Təcrübə mübadiləsi” seminarı 
  • 2017, İspaniya, Madrid şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH müəllimləri üçün təşkil etdiyi “760 il Təhsil Təcrübəsini sizinlə bölüşürük” xüsusi proqram çərçivəsində keçirilən “Təhsildə Təcrübə mübadiləsi” seminar
  • 2018, Ölkələrin iqtisadi-coğrafi şəraitinin nəqliyyat sisteminin formalaşmasında rolu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, BDU, ümummili lider H.Ə.Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Strateji yol xəritələri və coğrafi tədqiqatlar mövzusunda elmi praktik konfrans
  • 2019, Azərbaycanda nəqliyyat sisteminin inkişafına təsir edən amillər,       Azərbaycan respublikası Təhsil nazirliyi BDU Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Strateji yol xəritələri və Coğrafi tədqiqatlar” mövzusunda Respublika Elmi konfrans
Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət