MAQSUD RÜSTƏM OĞLU BABAYEV

MAQSUD RÜSTƏM OĞLU BABAYEV

MAQSUD RÜSTƏM OĞLU BABAYEV

Müəllim

Tel.: +(994) 12 538 08 92

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1952-ci il sentyabrın  23-də Quba Rayonunun Çiçi kəndində  Bakı  anadan olmuşdur. Orta təhsilini 1957-1969-cu illərdə Quba Rayonu Çiçi Kənd  orta məktəbində almışdır. Evlidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 1969-1973-cü il, Azərbaycan Respublikası Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsi, Coğrafiya ixtisası.
  • 1976- 1980- cı il Azərbaycan Milli Elmlər Akademiyası Akad.H.Əliyev adına Coğrafiya İnstitutunun aspiranturası;
  • 1980-1988-Azərbaycan Milli Elmlər Akademiyası Akad.H.Əliyev adına Coğrafiya İnstitutunun aspiranturasın bitirdikdən sonra, Gürcüstan Respublikasının Ivan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Azərbaycan Respublikasının suvarılan torpaq ərazilərində kənd təsərrüfatı istehsalının ərazi təşkili və aqrar sənaye komplekslərinin formalaşması problemləri /Mil-Qarabaq düzənliklərinin timsalında/ “ mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş;
  • Ivan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Elmi Şurasının və SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə coğrafiya elmləri və ətraf mühitin mühafizəsi ixtisası üzrə alimlik dərəcəsi almışam (Diplom: ГФ № 002530).

ƏMƏK FƏALİYYƏTİ                    

  • 1973-1976-cı ilə qədər Quba rayonun kənd məktəblərində pedoqoji fəaliyyətdə olmuşam.
  • 1976-1977-Azərbaycan Respublikası Təbiəti Muhafizə Komitəsi- baş müffəttiş;
  • 1977-1978-ci illər- SSRİ Silahlı Qüvvələrində Hərbi xidmət.
  • 1978- 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutu- baş elmi işçi;
  • 1994-2001-ci il-Azərbaycan Respublikası Təbiəti Muhafizə Komitəsinin Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi müfəttişliyi-şöbəsinin müdiri;
  • 2001-2007-ci il-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizinin Ətraf Mühitinin və Bioloji Sərvətlərinin Mühafizəsi Bölməsinə şöbə müdiri.
  • 2007-2008-cü il-Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Ekoloji Monitorinq Departamentinin rəisi;
  • 2008-2014-cü il  ARDNŞ–nin“Ekol Mühəndislik Xidmətləri “ Qapalı Səhmdar Cəmiyyətində Səyyar Monitorinq Xidmətinin  rəisi.
  • 2014 – 2018-ci ilədək “Azərsu” ASC-də “Texnoloji Proseslərə və Suyun Keyfiyyətinə Nəzarət” şöbəsinin rəisi, baş texnoloq vəzifəsində çalışmışam.
  • 2021-cı il oktyabr ayından BDU, Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında tam ştat müəllim,

TƏDRİS ETDİYİ FƏNNLƏR

  • regional siyasət, qlobal ekoloji problemlərin idarə olunması, kənd təsərrüfatı istehsalının ərazi təşkili, iqtisadi coğrafiya və regionşünaslıq, geosiyasət və siyasi-coğrafiya, təbii ehtiyatların idarə olunması,inklüziv inkişafın idarə olunması, davamlı inklüziv inkişaf, enerji təhlükəsizliyi və onun idarə olunması, regional inklüziv inkişafın idarə olunması, urbanizasiya və insan resurslarının idarə olunması problemləri

TƏDQİQAT SAHƏSİ

  • Kənd təsərrüfatının ərazi təşkili problemləri, Davamlı inkişaf, Davamlı inklüziv inkişafin idarə olunması, ətraf mühitin mühafizəsi və  idarə olunması, təbii ehtiyatların istifadəsi, mühafizəsi və idarə olunması, xəzər dənizinin ekoloji problemləri su ehtiyatlarının istifadəsi və inteqral idarə olunması və.s.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Afrikada, Efiopiya, Ədis-Əbbəbə şəhərində, BMT-nın dəstəyi ilə keçirilən “Qlobal İqlim Dəyişmələri və Ona Qarşı Birgə Mübarizə” simpoziumunun ;
  • İsveçrənin Cenevrə şəhərində BMT-nın dəstəyi ilə keçirilən“Transsərhəd Çirkləndiricil Daşımalarının Ekoloji Problemləri və Ətraf Mühitin Mühafizəsi ” simpoziumunun ;
  • Türkiyənin Adana şəhərində NATO-nun dəstəyi ilə keçirilən “Xəzər Hövzəsinin karbohidrogen Ehtiyatları, İstifadə, Ekoloji Problemləri və Birgə Mübarizə Proqramı”;
  • Qazaxstanın Astana şəhərində Beynəlxalq Dəniz Təşkilatının Dəstəyi ilə keçirilən  “Neft Dağılmaları və Xəzər Dənizində Ona Qarşı Birgə Mübarızə Strategiyası” ;
  • Türkmənistanın Aşqabad şəhərində Dünya Bankının dəstəyi ilə keçirilən “Ətraf Mühitin Çirklənməsi və Biosferdə Baş Verən Dəyişiklikər” ;
  • Rusiya Federasiyasının Astraxan vilayətində Beynəlxalq Dəniz Təşkilatının Dəstəyi ilə keçirilən “Dəniz Hövzələrinin Çirklənməsi və Xəzər Dənizində Birgə Mübarızə Strategiyası” və s.  
Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət