QISA BİOQRAFİK MƏLUMAT
Nigar Sabir qızı İsmayılova 1973-cü il fevral ayının 23-də Bakı şəhərində anadan olmuşdur.1990-cı ildə orta məktəbi bitirdikdən sonra,1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin “Coğrafiya”fakültəsində təhsil almışdır.1996-cı il,yanvar ayının 1-dən Bakı Dövlət Universitenin,Coğrafiya fakültəsinin, “Geodeziya və Kartoqrafiya” kafedrasında baş laborant kimi fəaliyyətə başlamışdır.2014-ci ildən “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərmişdir.
TƏHSİLİ , ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsində təhsil almışdır.
- 2000-2006-cı illərdə Bakı Dövlət Universitetinin doktorantura şöbəsində “Fiziki coğrafiya, biocoğrafiya, torpaq coğrafiyası, landşaftın geokimyası və geofizikası” İxtisası üzrə (5408.01) təhsil almışdır.
- 2008-ci ildə «Samur-Dəvəçi ovalıgı və Qusar maili düzənliyinin müasir aqroirriqasiya landşaftları və onların ekoloji problemləri» mövzusunda dissertasdiya işini müdafiə edərək coğrafiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
ƏMƏK FƏALİYYƏTİ
- 1996-cı il, yanvar aıyının 1-dən Bakı Dövlət Universitetinin, Coğrafiya fakültəsinin, “Geodeziya və Kartoqrafiya” kafedrasında baş laborant kimi fəaliyyətə başlamışdır
- 2014-cü ildən Bakı Dövlət Universitetinin “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasında müəllim vəzifəsində çalışır.
- 2009-2017-ci illərdə landşaftşünaslıq və landşaft ekologiyası, landşaftların antropogen transformasiyası,aqroirriqasiya landşaftları üzrə 1 monoqrafiyası , 6 tədris proqramı , 50-dan artıq elmi məqaləsi dərc olunmuş, respublika, regional və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. ƏsərləriABŞ, БюйцкБританийа, Rusiya, Fransa, Avstraliya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüстан, Türkmənistan və s. ölkələrин журнал вя елми мяъмцяляриндя nəşr edilmişdir.
- 2000-2014-cü illərdə BDU – nun Coğrafiya fakültəsində saathesabı qaydada müəllim işləmişdir.
- 2014 – ci ildən BDU – nun Coğrafiya fakültəsinin “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
- Coğrafiyanın “Landşaftşünaslıq”, “Landşaftın ekologiyası”, “Landşaftların antropogen transformasiyası”,”Aqroirriqasiya landşaftları” sahələrində elmi tədqiqat işləri apararaq, 50-dən artıq elmi məqalə nəşr etdirmişdir. Onun əsərləri respublikamızın və xarici ölkələrin (Böyük Britaniya, Fransa, Rusiya Federasiyası, Gürcüstan, Qazaxıstan, Türkmənistan və s.) nüfuzlu jurnallarında, elmi konfrans və simpoziumların materiallarında dərc edilmişdir.
- 2014-2016-cı illərdə onun müəllifliyi ilə “Azərbaycanın landşaftları”, “Azərbaycan landşaftlarının evolusiyası”, “Dünay landşaftlarının ekoloji problemləri”, “Landşaftların antropogen transformasiyası” fənnlərindən Təhsil Nazirliyinin qrifi ilə proqramlar nəşr olunmuşdur.
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2017-ci il “Şollar-Bakı su qurğular kompleksinin 100 illiyinə həsr edilmiş”Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.
- 2017,Lənkaran şəhərində “Regionların demoqrafik inkişafı ”mövzusunda konfransda;
- 2016,Şəki şəhərində “ Regionların sosial-iqtisadi inkişafı” mövzusunda konfransda
- 2016, 2017-ci illər Tbilisi şəhərində keçirilən Beynəlxalq Konfrans;
- 2015,Bakı şəhərində “Coğrafiya:nəzəriyyə,praktika və innovasiya”mövzusunda konfransda
- 2014,Bakı şəhərində “2-ci Xəzər Beynəlxalq Su Texnologiyaları” konfransının materialları
- 2013,Bakı şəhərində “Müstəqillik illərində coğrafiyanın inkişafı ” mövzusunda konfransda