QISA BIOQRAFIK MƏLUMAT
1959-cu il iyunun 1-də Tovuz rayonunda anadan olub. 1966-1976-cı illərdə Tovuz rayonu Qədirli adına kənd orta məktəbdə oxuyub. 1976-1981 -cı illərdə BDU-nun geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsində təhsil alıb. 1981-1983-cü illərdə AMEA coğrafiya institutunda, 1983-2001-ci illərdə AMEA Torpaqşünaslıq və aqrokimya institutunda çalışıb. 2001-ci ildə BDU-nun coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasında, 2007-ci ildən “Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasında çalışır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1989, k/t.e.n., «Abşeron yarımadasının torpaq ekoloji şəraiti və torpaq ehtiyatlarının proqnozu».
- 1976-1981, tələbə, Geoloji-coğrafiya fakültəsi, ADU.
ƏMƏK FƏALİYYƏTİ
- 1981-1983-cü illərdə baş lab. AMEA coğrafiya institutu,
- 1983-1989-ci illərdə baş elmi işçi AMEA Torpaqşünaslıq və aqrokimya institutunda çalışıb,
- 1989-1992-ci ilə qədər elmi işçi, 1992-2001 ci illərdə baş elmi işçi vəzifəsində çalışıb
- 2001-ci ildə dos. BDU-nun coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasında,
- 2007-ci ildən dos. “ Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası ” kafedrasında çalışır.
- Apardığı dərslər: “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycanın landşaftları”, “Azərbaycanın fiziki coğrafi xüsusiyyətləri və problemləri ”, 120-dən elmi məqalə və tezis, 10-dək tədris proqramlarının müəllifidir.
TƏDQİQAT SAHƏSİ
Azərbaycan torpaqlarının genezisi və coğrafi yayılması
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2023, “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda IV Respublika elmi konfransının materialları
- 2023, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyaları Azərbaycan Respublikasının ərazi bütövlüyünün və davamlı inkişafının təminatçısıdır” mövzusunda Respublika elmi – praktik konfrans
- 2022, Geodeziya və kartoqrafiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş “XXI əsr:Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar,səmərəli istifadə yolları” mövzusunda Respublika elmi konfransı
- 2021, “Azərbaycan respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri” Respublika elmi-praktik konfransın materialları.
- 2018, Umumilli lider H.Əliyevin anadan olmasının 95 il dönümünə həsr olunmuş Strateji yol xəritələri və coğrafi tədqiqatlar mövzusunda Respublika elmi-praktiki konfrans
- 2007, Bakı, akad. H.Ə.Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyət” Beynəlxalq konfrans
- 2006 , Bakı, Beynəlxalq Botanika elmi konfransı.