Şuranın əsasnaməsi

BDU-nun Elmi Şurasının 2013-cü il 05 fevral tarixl i iclasının
(protokol № 1) qərarı ilə təsdiq edilmişdir
 

 

 
 
1. Ümumi müddəalar 
 
1.1. Bakı Dövlət Universitetinin (bundan sonra BDU) Gənc Alimlər Şurası (bundan sonra – Şura) BDU-da çalışan və təhsil alan gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin təşkili və əlaqələndirilməsinə yardım etmək, onların yaradıcı elmi və innovasiya fəaliyyətini inkişaf etdirmək üçün yaradılan ictimai təşkilatdır.
1.2. Şuranın fəaliyyəti elm və təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, Bakı Dövlət Universitetinin Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir.
1.3. Bu Əsasnamə BDU-nun Elmi Şurasının qərarı əsasında rektor tərəfindən təsdiq edilir və təsdiq edildiyi gündən qüvvəyə minir.
1.4. Bu Əsasnaməyə əlavələr və dəyişikliklər Şuranın təqdimatı əsasında BDU-nun Elmi Şurasında müzakirə edilərək qəbul edilir, rektor tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
1.5. Şuranın tam adı göstərilən emblemi, möhürü və blankları ola bilər.
1.6. Şuranın yaradılması, ləğv edilməsi və ya yenidən təşkili rektorun əmri ilə həyata keçirilir.
 
2. Şuranın məqsədi və vəzifələri
 
2.1. Şuranın məqsədi gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək etməkdən ibarətdir.
2.2. Öz məqsədinə nail olmaq üçün Şura aşağıdakı vəzifələri həyata keçirir:
  • Gənc alim və tədqiqatçıların elmi-tədqiqat işlərinin təşkili sahəsində BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının fəaliyyətini koordinasiya edir;
  • BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarında çalışan gənc alim və tədqiqatçıların elmi fəaliyyətini koordinasiya edir, onların fudamental və tətbiqi tədqiqat işlərində fəal iştirak etməsinə təkan verir;
  • Gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil edir;
  • Gənc alim və tədqiqatçıları Resbublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb edir;
  • Şura gənc alimlərin akademik maraqlarını qoruyur və müdafiə edir;
  • Respublikanın digər ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və elmi təşkilatlarında fəaliyyət göstərən Gənc Alimlər Şuraları ilə əlaqə yaradır, birgə tədbirlər təşkil edir;
  • BDU-da, Respublikanın və xarici ölkələrin elm və tədris müəssisələrində elmi-tədqiqat və innovasiya fəaliyyəti üzrə müsbət təcrübəni öyrənir, təhlil edir, ümumiləşdirərək yayılmasını və tətbiq edilməsini təşkil edir;
  • Gənc alim və tədqiqatçıların innovasiya fəaliyyətini dəstəkləyir və onun stimullaşdırılması üçün təkliflər verir;
  • BDU-da çalışan gənc alim və tədqiqatçıların BDU, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsini təmin edir;
  • Müxtəlif səviyyəli ictimai, elmi, mədəni-kütləvi, idman-sağlamlıq tədbirlərinin təşkilinə kömək edir;
  • Gənc alim və tədqiqatçıları Respublika və beynəlxalq səviyyəli mədəni tədbirlərdə iştiraka cəlb etməklə onların mədəni səviyyələrinin inkişaf etdirilməsini təmin edir;
  • BDU-da çalışan və təhsil alan gənc alim və tədqiqatçıların, onlar tərəfindən yerinə yetirilən elmi-tədqiqat işıərinin, layihələrin və digər işləmələrin məlumat bazasını yaradır;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə zidd olmayan digər fəaliyyətləri həyata keçirir.
 
3. Şuranın fəaliyyətinin təşkili 
 
3.1.  Şura BDU-nun gənc alim və tədqiqatçılarından ibarət olmaqla təşkil edilir. Bu Əsasnamədə gənc alim və tədqiqatçı dedikdə BDU-da çalışan və təhsil alan 40 yaşadək müəllimlər, elmi işçilər, doktorantlar, elmi tədqiqatla məşğul olan tələbələr, magistrantlar və digər əməkdaşlar nəzərdə tutulur.
3.2.  Şuranın tərkibinə BDU-nun fakültə və elmi-tədqiqat qurumlarının nümayəndələri daxil edilir. Hər bir fakültə və qurumdan bir nümayəndə həmin qurumun elmi şurasının təqdimatı əsasında irəli sürülür.
3.3.  Şuranın tərkibi rektor tərəfindən təsdiq edilir.
3.4.  Şuranın fəaliyyət müddəti 5 ildir.
3.5.  Şuranın fəaliyyətinə rəhbərlik Şuranın sədri tərəfindən həyata keçirilir.
3.6.  Şuranın sədri Şuranın ümumi iclasında açıq və ya gizli səsvermə əsasında seçilir, elm və innovasiyalar üzrə prorektorun təqdimatı əsasında rektor tərəfindən təsdiq edilir.
3.7.  Şuranın sədri təsdiq edilmiş illik iş planına uyğun olaraq Şuranın fəaıiyyətini təşkil edir, dövlət, ictimai və digər təşkilatlarda Şuranı təmsil edir və Şura üzvlərinin işinə rəhbərlik edir.
3.8.  Şura sədri Şura üzvlərindən birini Şura sədrinin müavini təyin edir. Şura sədrinin müavini Şura sədrinin tapşırığı və öz səlahiyyətləri daxilində Şuranın fəaliyyətini idarə edir, Şura sədri olmadıqda onun səlahiyyətlərini icra edir.
3.9.  Şura sədri Şura üzvlərindən birini Şuranın katibi təyin edir. Şuranın katibi sənədləşmə işlərini həyata keçirir.
3.10. Şura üzvləri Şuranın işində fəal iştirak edir, seçildlkləri müvafiq fakültə və qurumlarda Şura iclaslarında qəbul edilmiş qərarların icrasını təmin edir.
3.11. Sistematik olaraq Şura iclaslarında iştirak etməyən, öz vəzifələrini və öhdəliklərini lazımi qaydada yerinə yetirməyən və Şuranın normal fəaliyyətinə mane olan Şura üzvləri Şura iclasının qərarı əsasında Şura üzvlüyündən azad edilir.
3.12. Şuranın ali idarəetmə orqanı Şuranın ümumi iclasıdır. Şura iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şura iclaslarında qərarların qəbul edilməsi üçün iclasda Şura üzvlərinin ən azı üçdə ikisi iştirak etməlidir. Qərarların qəbul edilməsi üçün iclasda iştirak edənlərin yarıdan çoxu qərarın lehinə səs verməlidir.
3.13. Şura üzvlərinin üçdə ikisinin yazılı tələbi əsasında Şuranın növbədənkənar iclası çağırıla bilər.
 
4. Şuranın hüquqları
 
4.1. Şuranın fəaliyyəti ilə əlaqədar sənəd və materialların hazırlanmasında iştirak etmək.
4.2. Şuranın fəaliyyətinə aid olan məsələlərlə bağlı BDU rəhbərliyi tərəfindən keçirilən tədbirlərdə (toplantılarda) iştirak etmək.
4.3. BDU-nun müvafiq struktur və qurumlarından Şuranın bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinin icrası üçün zəruri olan məlumatları əldə etmək və sənədlərlə tanış olmaq üçün sorğu vermək.
4.4. Səlahiyyətləri daxilində tabe olduğu rəhbərliyə öz hüquq və vəzifələrinin icrası zamanı aşkar edilən problemlər və çatışmazlıqlar haqqında məlumatlar, habelə onların aradan qaldırılması yolları haqqında təkliflər vermək.
4.5. Şuranın bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinin icrası ilə əlaqədar fəaliyyətlərin təkmilləşdirilməsi üçün təkliflər vermək.
4.6. Elm və tədris fəaliyyətində fərqlənən gənc alimlərin mükafatlandırılması və onların həyat şəraitinin yaxşılaşdırılması haqqında təklif və tövsiyyələr vermək.
4.7. Öz fəaliyyəti ilə əlaqədar qərar layihələri ilə tanış olmaq.
 
5. Şura üzvünün bilik səviyyəsi və şəxsi keyfiyyətləri
 
5.1. Şura üzvü mədəni olmalı, BDU üzrə məyyən edilmiş nizam-intizam qaydalarına əməl etməli, öz davranışı, əxlaqi-etik normalara riayət etməsi ilə bir nümunə olmalıdır.
5.2. Bu Əsasnamə ilə müəyyən edilən vəzifələri keyfiyyətlə yerinə yetirmək üçün Şura üzvü aşağıdakıları bilməli və bacarmalıdır:
  • informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi;
  • boloniya prosesinin və Avropa Kredit Transfer Sisteminin əsas müddəalarını;
  • elmi fəaliyyət və ali təhsillə bağlı qanunvericilik aktlarını;
  • pedaqogika və psixologiyanı;
  • elmi fəaliyyətin, tədrisin və təlim-tərbiyənin təşkili prinsiplərini;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ sənədlərini;
  • BDU-nun Nizamnaməsini;
  • BDU-da elm və tədrisin, təlim və tərbiyənin təşkili ilə bağlı Elmi Şuranın qərarlarını və rektorun müvafiq əmrlərini;
  • Şuranın hüquq və vəzifələri ilə bağlı olan normativ-hüquqi sənədlərin məzmununu.
 
6. Şuranın maliyyələşdirilməsi 
 
6.1. Şura aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
  • BDU tərəfindən ayrılan vəsaitlər;
  • qanuna uyğun olaraq, yerli və xarici hüquqi və fiziki şəxslərin könüllü ianələri;
  • qanuna uyğun olaraq, xarici dövlətlərin və beynəlxalq təşkilatların qrantları və digər ayırmaları;
  • qanunla qadağan olunmayan digər mənbələr.
Əlaqə
Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (012) 539-04-87 Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət