QISA BIOQRAFIK MƏLUMAT
1954-cü ildə Cürcüstan Resrublikası, Marneuli rayonunun Ağməmmədli kəndində anadan olub, 1961-1971-ci həmin kəndin orta məktəbində oxuyub. 1971-1972 –ci illərdə sovxozda fəhlə işləyib, 1972-1973 illərdə Azərbaycan Dövlət Universitetinin hazırlıq kursunda oxuyub 1973-1978 Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin coğrafiya bölməsinin əyani şöbəsini bitirib, 1978-ci ildə BDU-nun 20/78-nömrəli təsərüfat müqaviləsində baş laborant sonra is kicik elmi işci işləyib, 1979-1993 illərdə Coğrafiya fakültəsinin hidrometeorologiya kafedrasında sonra isə Fiziki coğrafiya kafedrasında baş laborant işləyib .1993-cü ildən Fiziki-coğrafiya kafedrasında müəllim , 2010-cu ildə baş müəllim işləyir.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
- Namizədlik mövzusu: «Kiçik Qafqaz Geosisteminin riyazi-kartoqrafiq modelləşdirilməsi və kompüterlə təhlili
- Yer elmləri doktoru
ƏMƏK FƏALİYYƏTİ
- 1978-ci ildən Bakı Dövlət Universitetində hidrometeorolrgiya kafedrasında sonra isə Fiziki-coğrafiya kafedrasında işləyir
- Geoinformatika, Landşaftın modelləşdirilməsi, Fiziki-coğrafi rayonlaşdırma
- 260 məqaləsi var
- 10 elektron dərsliyi var
- 14 proqram və metodiki göstərişi var
- Beynəlxalq Təşkilatlarda Geoinformatika elminin inkişaf istiqamətini və tədrisinin metodiki problemlərini işləyib harırlamışdır. 2000-ci ildən sonra» Kompüterlə coğrafiya» nəzəriyyəsinin elmi və tətbiqi sahələrini inkişaf etdirməklə məşğuldur
- Geoinformatika və Geomultimedia metodlar ıilə «Türk Dünyasının Tarixi-Coğrafi Multimediasını» video ensiklopediyasını və «Tarixdə Türk Soyqırımları»adlı Video ensiklopedialar yaratmışdır
- Elmi işinə görə 1989-cu ildə BDU rektorluğunun 50 manat pul mükafatını almışdır.
- Beynəlxalq Elm və Təhsil akademiyasının həqiqi üzvi (İngiltərə İASHE)
TƏDQİQAT SAHƏSİ
- Geoinformatika, Coğrafi İnformasion Sistemlər, Sistemli modenllərin araşdırılması
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 1988-2008-ci illərdə Rusiyada, ABŞ-da,Almaniyada, Sində , Türkiyədə və başqa ölkələrdə kesirilən Simpozium, Konqress, və komnfranslarda ingilis və rusca 80 –dən çox elmi mərüzələr etmişdir