QISA BIOQRAFIK MƏLUMAT
1973-cu il iyulun 3-də Göyçay şəhərində anadan olub. 1980-1990-cı illərdə Bakı şəhərinin 157 saylı orta məktəbdə oxuyub. 1990-1995-cı ıllərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. 1995-2007-ci illərdə BDU-nun “İqtisadi və sosial coğrafiya”, 2007-ci ildən isə "Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası " kafedrasında çalışır.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1990-1995, tələbə, Coğrafiya fakültəsi, BDU.
ƏMƏK FƏALİYYƏTİ
1995-2007 – müəl. “İqtisadi və sosial coğrafiya” kafedrası, Coğrafiya fakültəsi, BDU
2007-ci ildən müəl."Azərbaycan coğrafiyası" kafedrası, Coğrafiya fakültəsi, BDU
Apardığı dərslər: “Əhali coğrafiyası demoqrafik əsaslarla”, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası”, “Geourbanistika”. 35 elmi məqalə və tezisin, 1 dərsliyin müəllifidir.
TƏDQİQAT SAHƏSİ
Azərbaycanda narkomaniyanın sosial iqtisadi problemləri
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2022, Contemporar tourism challenges proceedings of the international scientific conference
- 2021, Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər” Respublika elmi konfransı.
- 2021, Azərbaycan respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri” Respublika elmi-praktik konfransın materialları.
- 2017, Qlobal iqtisadi şərait və Azərbaycanın iqtisadi coğrafi mövqeyi
- 2016, Azərbaycan Respublikasında demoqrafik inkişafı əhali məskunlaşmasının perspektivləri və regional problemləri
- 2015, II Xəzər Beynəlxalq Texnologiyalar konfransı